From Wikipedia, the free encyclopedia
Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib (12 aprel 1907, Naxçıvan – 5 oktyabr 1982, Bakı) — Azərbaycan yazıçısı, ədəbiyyatşünası, folklorşünası, dramaturqu, ssenari müəllifi, tərcüməçisi, 1939-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1965), professor (1970).
Məmmədhüseyn Təhmasib | |
---|---|
Məmmədhüseyn Abbasqulu oğlu Təhmasib | |
Doğum tarixi | 12 aprel 1907 |
Doğum yeri | |
Vəfat tarixi | 5 oktyabr 1982 (75 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Təhsili | Azərbaycan Pedaqoji İnstitutu |
Fəaliyyəti | yazıçı |
Mükafatları |
Təhmasib Məmmədhüseyn Abbasqulu oğlu 1907-ci ilin 12 aprelində Naxçıvan şəhərində anadan olmuşdur.
Bakı pedaqoji texnikumunu bitirmişdir (1923–1927). 3 il Naxçıvan şəhər orta məktəbində müəllimlik edəndən sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930–1933). 1933–1936-cı illərdə Kürdəmir, Əli Bayramlı, Göyçay şəhər maarif şöbələrində metodist, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1939–1951), dosent (1951–1959), Azərbaycan Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda xalq yaradıcılığı şöbəsinin elmi əməkdaşı, şöbə müdiri işləmişdir (1944-cü ildən vəfatınadək).
Ədəbi yaradıcılığa 1934-cü ildən başlamışdır. "Qaçaq Nəbi" adlı ssenarisini 1938-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirmişdir. "Bir qalanın sirri" (1960), "Onu bağışlamaq olarmı?" (1960) ssenariləri əsasında eyni adlı filmlər çəkilmişdir. "Bahar" (1938), "Aslan yatağı" (1941), "Çiçəklənən arzular" (1951), "Hind nağılı" (1956), "Rübailər aləmində" (1968) və b. pyes-nağılları respublikanın teatr səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. "Azərbaycan xalq dastanları (orta əsrlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1965). 1946–1977-ci illərdə "Koroğlu", "Molla Nəsrəddinin lətifələri", "Aşıq Ələsgər", "Kitabi-Dədə Qorqud", "Azərbaycan dastanları" və digər xalq incilərinin toplanması, tərtib edilməsi və nəşr olunmasında fəal çalışmışdır.
Çiçəkli dağ (nağıl-pyes) (1935), Azərbaycan folkloru kursu (1940), Azərbaycan xalqının qəhrəmanlıq eposu (parçalar) (1941), Azərbaycan xalqının qəhrəman oğulları (1942), Azərbaycan xalqının dastanları (1972) və s. kitabların müəllifidir.
M. Təhmasib 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə, 1977-ci ildə "Əmək veteranı" və digər medallarla təltif olunmuşdur.
Məhəmmədhüseyn Təhmasib 1982-ci il oktyabr ayının 5-də Bakıda vəfat etmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.