From Wikipedia, the free encyclopedia
Məmməd Cümşüd oğlu Məmmədov (9 may 1937, Qarakollu, Qaryagin rayonu – 25 noyabr 2020) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2002).
Məmməd Məmmədov 1937-ci il mayın 9-da Füzuli rayonunun Qarakollu qəsəbəsində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Professor olmuşdur. Rus dilini bilirdi.
Məmməd Məmmədov ailəli olmuşdur, üç övladı var.
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 90 nömrəli Füzuli dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Məmməd Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Məmməd Məmmədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.