Mədən
From Wikipedia, the free encyclopedia
Mədən— faydalı qazıntılar istehsalı və zənginləşdirilməsi ilə məşğulı olan dağ-sənaye müəssisəsi.

Mədən sənayesi
Mədən sənayesi faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin emal edən (zənginləşdirən) istehsal sahələri kompleksidir.[1]
Mədən sənayesi aşağıdakı əsas qruplara bölünür:
- Yanacaqçıxarma (neft, təbii qaz, kömür, şist, torf);
- Filizçıxarma (dəmir filizi, manqan filizi, əlvan, nadir və nəcib metal filizləri, radioaktiv elementlər);
- Qeyri-metal qazıntılar və yerli tikinti materialları sənayesi (mərmər, asbest, qranit, dolomit, təbaşir, kaolin, gips, əhəng və s.);
- Mədən kimyası (apatit, kalsium duzları, nefelin, selitra, kükürd kolçedanı və s.);
- Hidromineral (yeraltı mineral sular, su təchizatı və digər məqsədlər üçün su).
Respublikamızda daha çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral sular və s. çıxarılması inkişaf etmişdir.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.