Məczub Təbrizi — şair.
Məczub Təbrizi | |
---|---|
Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi | |
Doğum yeri | |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Həyatı
Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir. Məhəmmədəli Tərbiyət "Danişməndani-Azərbaycan" əsərində məlumat verir ki, şair üç min beytlik "Şahrahi-nicat"("Nicat yolu") məsnəvisini 1655-ci ildə qələmə almış, 1677-ci ildə yazıb bitirdiyi üç yüz on dörd bəndlik "Təyidat" ("Təsdiq olunan fikirlər") adlı mənzum risaləsini Şah Suleyman Səfəviyə (1666-1694) ithaf etmişdir. Bu əsər tövhidə, imaməti təsdiq edən hədislərə, on iki imamın mədhinə həsr olunub. Bunlardan başqa, şairin qəsidə, qəzəl, müxəmməs, tərcibənd, saqinamə və rübailərdən ibarət dörd min beytlik farsca divanı da vardır
Yaradıcılığı
Məczubun nəşrinə məqalə həsr etdiyimiz anadilli divanının təqribən üçdə birini şiə imamlarının mədhinə həsr olunmuş şeirlər təşkil edir. Məczubun şeirlərindən onun qatı şiə ideoloqu olunduğunu,bir sıra təsəvvüf təriqətlərini sərt bir formada tənqid edərək, onları təqib etməyə çağırdığını və bununla fəxr etdiyini görürük. Lakin şairin yaradıcılığının digər diqqətəlayiq cəhətlərinə diqqəti cəlb edən Paşa Kərimov yazır: "Məczub geniş mütaliə dairəsinə malik, elmin bir sıra sahələrini, ədəbiyyatı gözəl bilən şairdir. Lirik şeirlərində o, səmimi duyğuları tərənnüm etməsi, poeziyaya yeni obrazlar gətirməsi ilə diqqətimizi cəlb edir. Məczub vəsf etdiyi eşqin hər kəsə nəsib olmayan bir duyğu, Tanrı vergisi olduğu iddia edir:
Eşq Tanrı vergüsidür, ta kimə Tanrı verə,
Özünü yoxsul xəyali-xamilə şah etməsün".
Paşa Kərimov Məczubun şeirlərindəki aşiq obrazından ətraflı danışır. Qeyd edir ki, şairin yaratdığı aşiq obrazı eşqinin paklığı, saflığı, səmimiyyəti, sevgisi yolunda hər bəlaya hazır olması, fədakarlığı ilə diqqəti cəlb edir. Məczubun şeirlərindəki səmimiyyəti dəyərləndirən tədqiqatçı yazır:"Səmimi hisslərin ifadəsi şairin bir sıra beytlərində orijinal obrazların yaranmasına səbəb olmuşdur.Lirik qəhrəmanının həsrəti elə böyükdür ki, o sərapa (başdan -ayağa) söz olub yarım gözləyir. Görüş üçün verilən vədədən cəmi bir nəfəs gecikdiyinə görə aşiqin bağrı qan olur:
Vədə verdin dün gecə, lütf etdin, ehsan eylədin,
Bir nəfəs gec gəldin əmma bağrımı qan eylədin"
Tədqiqatçı, Məczubun şeirlərində bədii ifadə vasitələrindən, poetik fiqurlardan məharətlə, istedadla istifadə etməsini ətraflı nəzərdən keçirmişdir. Şairin dilindən danışarkən onun şeirlərində "Örkən nə qədər uzun olsa da, doğanaqdan keçər","Ot kökü üstə bitər", "Nə əkərsən onu biçərsən","Azın çoxla oyunu olmaz", "Əl məndən, ətək səndən","Könüldən könülə yol var" kimi atalar sözləri və məsələləri işlətdiyini göstərmişdir.[1]
İstinadlar
Həmçinin bax
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.