From Wikipedia, the free encyclopedia
Məcnun Kərimov (1 sentyabr 1945, Şəki, Sisian rayonu – 2 oktyabr 2013, Bakı) — Azərbaycan musiqişünası, sənətşünaslıq elmləri doktoru, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının yaradıcısı və bədii rəhbəri (1996- 2013). Azərbaycan Respublikasının Xalq Artisti(2011)
Məcnun Kərimov | |
---|---|
Kərimov Məcnun Təbriz oğlu | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1 sentyabr 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2013 (68 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | Bibiheybət qəbiristanlığı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | musiqi pedaqoqu, musiqişünas |
Mükafatları |
Məcnun Təbriz oğlu Kərimov 1 sentyabr 1945-ci ildə Zəngəzur mahalının Şəki kəndində müəllim ailəsində anadan olub.
1959–1963-cü illərdə Ağdam rayon orta ixtisas musiqi məktəbində təhsilini başa vurduqdan sonra, 1967-ci ilə kimi Zəngilan rayonu yeddi illik uşaq musiqi məktəbinin direktoru işləyib.
1972-ci ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Xalq çalğı alətləri" şöbəsini bitirərək pedaqoji fəaliyyətlə məşğul olub. Elə həmin ildən etibarən orta əsrlərdə Azərbaycanda istifadə edilmiş, dövrümüzə gəlib çatmamış, unudulmuş qədim musiqi alətlərini öyrənilməsi və bərpasi istiqamətində elmi-tədqiat işlərinə başlayıb.
1975-ci ildə o, artıq ilk qədim musiqi alətinin nümunəsini hazırlamış, nəticədə neçə-neçə elm və mədəniyyət xadimlərinin böyük dəstəyini qazanmışdı.
Məcnun Kərimov 1991-ci ildə Bakı Musiqi Akademiyasında ‘‘Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi’’ elmi laboratoriyasını yaratdı. Həmin ildən elmi laboratoriyanın müdiri vəzifəsində çalışıb. Burada unudulmuş 11 müxtəlif musiqi alətini (çəng, barbət, çəqanə, çoğur, tənbur, səntur, rübab, rud, qopuz, ney, nüshə) bərpa edib, onların müxtəlif surətlərini hazırlayıb.
1995-ci ildə "Azərbaycanın qədim simli çalğı alətləri" (tarixi-nəzəri, bərpa və təkmilləşdirmə məsələləri) mövzusu üzrə dissertasiya müdafiə edib, sənətşünaslıq namizədidir.
Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatların müəllifidir, 10-dan çox qədim musiqi alətimizi bərpa edib, bu mövzuda beynəlxalq simpoziumlarda çıxış edib.
Məcnun müəllimin ən böyük arzularından biri də o idi ki, bu qədim musiqi alətləri yanlız muzey eksponatları kimi sərgilənməsin, həm də ansanbl şəklində səsləndirilsin. Əlbəttə, onun bu istəyi də reallaşdı. Belə ki, 1996-cı ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində bərpa edilmi musiqi alətlərindən ibarət ansambl yaratdı. Həmin il Respublika prezidenti mərhum Heydər Əliyev tərəfindən bu iş yüksək qiymətləndirilmiş və ansambla Dövlət statusu verilmişdi.
1998-ci ildən Bakı Musiqi Akademiyası "Xalq çalğı alətləri" kafedrasının dosenti idi.[1]
Azərbaycan mədəniyyətinə göstərdiyi xidmətlərinə görə 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti[2], 2011-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb[3]
Uzun müddətd xərçəng xəstəliyindən əziyyət çəkən M. Kərimov 2013-cü il Oktyabr ayının 2-də, saat 19.00 radələrində 68 yaşında dünyasını dəyişib[4].
M. Kərimovla vida mərasimi Bakı Musiqi Akademiyasında keçirilmişdir. O, Bibiheybət qəbiristanlığında – valideynlərinin yanında dəfn olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.