From Wikipedia, the free encyclopedia
Məcmu tələb əyrisi açıq bir iqtisadiyyatda bütün xərclərin cəmi kimi ifadə edilir[1]:
AD= C+I+G+NX
Bu halda AD əyrisi hər qiymət səviyyəsində ev təsərrüfatlarının, firmaları və dövlətin almaq istədiyi əmtəə və xidmətlərin həcmini əks etdirəcək. Başqa sözlə, AD əyrisi yuxarıda göstərilən bütün istehlak, investisiya, xalis ixrac və dövlət xərclərini təmsil edir[1].
AD əyrisindəki dəyişmələrə səbəb ola biləcək amillər 3 qrupda əks olunur:
Ev təsərrüfatları gələcəkdə gəlirlərində artım gözləyirlərsə, daha çox istehlak edəcəklər. Bu məcmu tələbin artmasına gətirib çıxaracaq və AD əyrisi sağa sürüşəcək. Bunun əksi olaraq gəlirlərin azalması gözlənilirsə, AD əyrisi sola doğru hərəkət edəcək. Bu hal firmalara da aiddir. Belə ki, firmalar gələcəkdə iqtisadiyyatda canlanma gözləyirlərsə, investisiya yönümlü xərclərini artıracaqlar. Bu məcmu tələbdə artışa və AD əyrisinin sağa doğru irəlləməsinə səbəb olacaq. Əks halda AD əyrisi sola sürüşəcəkdir.
Valyuta kursu yüksəldikdə, yəni milli valyuta xarici valyutalar qarşısında dəyər itirdikdə ölkə daxilindəki məhsullar xarici ölkələrə nisbətdə ucuzlaşır. Belə olan vəziyyətdə xalis ixrac və məcmu tələb yüksəlir. Bu da AD əyrisinin sağa doğru hərəkət etməsinə səbəb olur. Valyuta kursunun düşdüyü halda AD əyrisi sola sürüşəcəkdir.
Xarici ölkələrin real gəlirləri çoxaldığda bu ölkələrin yerli məhsullara tələbi, yəni ixrac artacaqdır. Belə olan halda məcmu tələb artacaq və AD əyrisi sağa doğru hərəkət edəcəkdir. Diğər ölkələrdə iqtisadi durğunluq və böhran yaşanırsa, tələb əyrisi sola doğru sürüşəcəkdir[1].
A. Vergiləri və transfertlər. Dövlət iqtisadiyyata müxtəlif yollarla müdaxilə edə bilər. Bunlardan biri fiskal siyasətdir. Əgər dövlət büdcə xərclərini yüksəldərsə, bu məcmu tələbi artırar. Vergilər də fiskal siyasətdə istifadə edilən alətlərdəndir. Dövlət vergiləri aşağı endirdiyi halda əhalinin sərəncamında qalan vəsait artar və eyni dərəcədə istehlak da artar. Bu məcmu tələbin artmasına və AD əyrisinin sağa sürüşməsinə səbəb olar. Transfertlər əhaliyə verilən maliyyə yardımıdır. Əgər bunun həcmində artım olarsa, ev təsərrüfatlarının gəliri artar, bu da məcmu tələbdə artıma gətirib çıxarar. Vergilər artarsa və ya transfertlər azalarsa, əhalinin sərəncamında qalan gəlir azalar bu da xərcləri, eləcə də mənmu tələbi azaldar. Bu isə AD əyrisini sola doğru sürüşdürər.
B. Fazi dərəcəsi. Dövlət iqtisadiyyata müdaxilə etmək üçün monetar siyasətdən də istifadə edir. Mərkəzi banklar dövlətin iqtisadi siyasətinə uyğun qərar qəbul edən və fəaliyyət göstərən qurumlardır. Mərkəzi banklar iqtisadiyyata pulun miqdarı və faiz dərəcəsini tənzimləməklə təsir göstərirlər. Əgər iqtisadiyyatda faiz dərəcəsi endirilirsə, borc almaq xərci azalar və investorlar üçün əlverişli vəziyyət yaranar. İnvestisiyalardakı artım məcmu gəliri artırar və AD əyrisi sağa doğru hərəkət edər. Sərt valyuta siyasətinin tətbiqi ilə pul təklifindəki azalma yuxarıdakı nəticəsi əksinə çevirər[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.