Müqəddəs Ruh kilsəsi (pol. Kościół Świętego Ducha) – Polşanın Koden kəndində yerləşən katolik kilsəsi. Belarus qotikası üslubunda tikilmiş bu kilsə keçmişdə pravoslav kilsəsi olmuşdur.
katolisizm | |
Müqəddəs Ruh kilsəsi | |
---|---|
Ölkə | |
Tikdirəni | |
Üslubu | qotika, Belarus qotikası |
Materialı | kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Müqəddəs Ruh kilsəsi 1530–40-cı illərdə Pavel Sapeha tərəfindən öz qəsrində tikdirilmişdir. Kilsə onun ailəsinin dini ehtiyaclarını qarşılamaq məqsədilə qəsr kapellası kimi istifadə olunurdu. Əvvəlcə pravoslav kilsəsi kimi tikilsə də, daha sonra katolik kilsəsinə çevrilmişdir.[1]
1680-ci ildə qəsrdə baş vermiş yanğın nəticəsində kilsəyə ziyan dəymişdir. 1783-cü ildə kazaklar kilsəni talan etmişdirlər. XIX əsrin əvvəlində kilsə fəaliyyətini dayandırmağa məcbur olmuşdur. XIX əsrin ortalarında kilsənin tağları çökmüşdür. 1960-cı illərdən etibarən kilsə sistematik olaraq bərpa olunur.[1]
Memarlığı
Kilsə qırmızı kərpiclərdən və qara zendrovka kərpiclərində tikilmişdir. Qərb fasadı üzərində müxtəlif fiqur motivləri olan şirli keramik plitələrlə bəzədilmişdir. Qərb fasadı diaqonal yerləşdirilmiş kərpiclərdən ibarət frizlə və ağ suvaqlı panellərlə bəzədilmiş hündür, üçbucaq damına görə fərqlənir. İkiqat və üçqat başlıqlı panellərin üzərində birqat və ikiqat başlıqlı yarımdairəvi panellər yerləşir. Dekorasiyanı damın kənarlarından uzanan dairəvi panellər tamamlayır. Bənzər, amma daha sadə dekorasiyalar şərq damında da yaradılmışdır.[1]
Kilsənin interyeri almaz tağlarla əhatə olunan mərkəzi nefdən ibarətdir. Hazırlıq otağı beşik tağı ilə əhatə olunmuşdur. Gün işığı hər iki tərəfdən yarımdairəvi pəncərələrdən içəri düşür; okulyus qərb fasadından yerləşir. Həm şərq, həm qərb fasadında açılmış kiçik yarıqlar kilsənin çardağını işıqlandırır. Hazırlıq otağında kiçik pəncərə yaradılmışdır.[1]
Mədəniyyətdə
2023-cü ildə Polşada buraxılmış poçt markalarından birində Müqəddəs Ruh kilsəsi təsvir olunmuşdur.[2]
Qalereya
İstinadlar
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.