From Wikipedia, the free encyclopedia
Mövsüm Səmədov (4 sentyabr 1966, Quba) — azərbaycanlı həkim, ilahiyyatçı alim, ictimai-siyasi xadim, Azərbaycan İslam Partiyasının 3-cü sədri və lideri (2007-h.h.).[1][2]
Mövsüm Səmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 sentyabr 1966 (58 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili |
Azərbaycan Tibb Universiteti[1][2] Qum Elmi Mərkəzi[1][2] |
İxtisası | Tibb, Fiqh |
Fəaliyyəti | Siyasətçi |
Atası | Mərdan Səmədov[1][3] |
Həyat yoldaşı | Mehparə Səmədova[1] |
Uşaqları |
4 uşaq qızları: Zəhra Səmədova[1] |
Dini | İslam |
Elmi fəaliyyəti | |
Elm sahəsi | Tibb[1] |
Tanınır | Siyasətçi, İlahiyyatçı |
Vikianbarda əlaqəli mediafayllar |
Mövsüm Mərdan oğlu Səmədov 1965-ci il sentyabrın 4-də Quba rayonunda Mərdan və Mehparə Səmədovların ailəsində anadan olub.[1][2][4]
1972–1982-ci illərdə Quba şəhər 3 saylı tam orta məktəbdə tam orta, 1983–1989-cu illərdə isə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə profilaktika fakültəsində ali tibb təhsili alıb. 1989–1990-cı illərdə internatura keçmiş və "terapevt" ixtisasına yiyələnmişdir.[1][2][4]
1990–1992-ci illərdə müddətli həqiqi hərbi xidmət keçmişdir. Silahlı Qüvvələrin sıralarından "tibb xidməti leytenantı" hərbi rütbəsində tərxis edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan tibb xidməti leytenantıdır.[1]
Hərbi xidmətdən sonra Rusiya Federasiyasının Dağıstan Respublikasında həkim, daha sonra isə Quba rayonu Digah kənd ambulatoriyasında 2 il baş həkim kimi çalışıb.[1][4]
1995–2002-ci illərdə İranın Qum şəhərində yerləşən Qum Elmi Mərkəzində dini təhsil almışdır.[1][2][4]
M. Səmədov Mehparə Səmədova ilə ailəlidir.[1] 4 uşağı: Zəhra Səmədova adlı bir qızı var.[1][5][6]
Həyat yoldaşı Mehparə Səmədova İranın Ali Rəhbəri Əli Xameneinin sədrliyi ilə 2012-ci ilin iyul ayının 11-də "İslami oyanış və qadınlar" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmiş və qızları Zəhra Səmədovanın fars dilində Xameneiyə ithaf etdiyi şeiri oxumuşdur.[7]
Mövsüm Səmədov 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən Azərbaycan Milli Azadlıq Hərəkatının iştirakçısı idi. O, 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü olmuş və bununla da siyasi fəaliyyətə başlamışdır.
1993-cü ildə Azərbaycan Xalq Cəbhəsi üzvlüyündən istefa verərək Azərbaycan İslam Partiyasına üzv olmuşdur. Qum Elmi Mərkəzindəki təhsilini başa vurduqdan sonra, yəni 2002-ci ilin fevral ayında Azərbaycana geri dönmüş və Azərbaycan İslam Partiyasının idarəçiliyində iştirak etməyə başlamışdır. 2002–2007-ci illərdə Azərbaycan İslam Partiyası Quba rayon təşkilatının sədri, 2007-ci ildə isə partiya qurultayında partiya sədri seçilmişdir.[1][2]
Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısında insan hüquqları, korrupsiya və rüşvət halları, Qarabağ probleminin həlli, İslama və İslamçılara təzyiq, hicab qadağası, İslamofobiya ilə bağlı hakimiyyətin siyasətini tənqid etmişdir.[4][8] Bu hadisədən 5 gün sonra: 7 yanvar 2011-ci ildə işdən evə qayıdarkən yol-hərəkət qaydalarını pozması iddiası ilə saxlanılmış və polisə tabe olmamaqda təqsirli bilinərək 13 sutka inzibati həbsə məhkum edilmişdir. 13 sutkalıq həbs cəzası 20 yanvar 2011-ci il tarixində bitmiş və bu müddətdə o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanmışdır. 20 yanvar 2011-ci ildə M. Səmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1; 214.2.3; 228.3 və 278 maddələri üzrə ittiham irəli sürülmüş[9] və Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçmişdir.[10] AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirmişdir.[11][12]
24 yanvar 2011-ci ildə Azərbaycan İslam Partiyasının Baş Məclisinin toplantısı keçirilmiş və partiya nizamnaməsinə əsasən, həbsdə olan Mövsüm Səmədovun sədrlik funksiyası onun birinci müavini Elçin Manafova verilmişdir.[10]
Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 oktyabr 2011-ci il tarixli qərarı ilə M. Səmədov ittiham olunduğu müddəalar üzrə 12 il azadlıqdan məhrum edilmişdir[13].
M. Səmədov məhkəmənin hökmündən sonra Bakı şəhər 11 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. Burada bir neçə dəfə "kars"a salınıb. 18 sentyabr 2014-cü ildə səbəb göstərilmədən Bakı şəhəri 12 saylı cəzaçəkmə müəssisəsinə istiqamətləndirilmişdir. Burada əvvəl 5, daha sonra 7 sutkalıq "kars"a salınıb. Bakı şəhəri 11 saylı cəzaçəkmə müəssisəsinin rəhbərinin iddiası əsasında 9 oktyabr 2014-cü il tarixində Qaradağ Rayon Məhkəməsi M. Səmədov barəsində 2 il müddətinə Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı qərar çıxarmışdır.[14] Vəkili A. Qasımlı tərəfindən Qaradağ məhkəməsinin qərarından apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti əsasında 24 noyabr 2014-cü ildə keçirilən məhkəmə də həmin qərarı qüvvədə saxlamışdır.[1]
2019-cu il dekabrın 12-də Avropa İnsan Hüquqları Məhkəməsi Mövsüm Səmədovun şikayəti ilə bağlı qərarını açıqlayıb. Qərarda M. Səmədovun hüquqlarının pozulması tanınıb və Azərbaycanın ona 4000 avro kompensasiya ödəməsi gərəkli sayılıb. Məhkəmənin qərarına görə, M. Səmədovun həbsi Avropa İnsan Hüquqları Konvensiyasında zəmanət verilmiş bəzi hüquqların pozulması ilə müşayiət olunub. Söhbət həmin Konvensiyanın 5.3-cü (həbsin qanunsuzluğu) və 6.1-ci (ədalətli məhkəmə araşdırmasının təmin olunmaması) maddələrinin zəmanət verdiyi hüquqlardan gedir.[15]
1 iyul 2013-cü ildə Azərbaycan İslam Partiyasının Baş Məclisi partiyanın sədri M. Səmədovun prezidentliyə namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmiş[16][17] və həmin gün həbsdə olduğu 11 saylı Cəzaçəkmə Müəssisəsində bir neçə günlük "kars"a (cərimə təcridxanasına) salınmışdır. Vəkili Anar Qasımlı həbsxana tərəfindən M. Səmədovun hansı səbəbdən və neçə günlüyə "kars"a salınması ilə bağlı məlumat verilmədiyini bildirmişdir.[18] 19 avqust 2013-cü ildə AİP-in sədr müavini və "Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkat" təşəbbüs qrupunun rəhbəri Akif Heydərli tərəfindən M. Səmədovun özünün yazdığı ərizə ilə prezidentliyə namizədliyinin qeydə alınması üçün Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir.[17][19] MSK isə M. Səmədovun namizədliyinin irəli sürülməsi barədə MSK-ya müraciət olunmadığını bildirmişdir.[20] Bu məsələ ilə əlaqədar olaraq M. Səmədov prezident seçkilərini boykot etdiyini açıqlamış və seçkilərə qatılmamışdır.[1]
2013-cü ildə Cavid Cabbarlının Mövsüm Səmədovdan bəhs etdiyi "Allah amanında" kitabı çıxmış, kitabın təqdimetmə mərasimi 23 may 2013-cü ildə Bakıda olmuşdur.[21][22]
Yazıçı-publisist Nəriman Mahmud Mövsüm Səmədov haqqında "İlahi sınaq qarşısında" kitabını yazmışdır. Kitabda N. Mahmudun "İlahi sınaq qarşısında" adlı bədii-publisistik povesti və M. Səmədovun mətbuata verdiyi müsahibələr yer alıb. Kitab 2014-cü ildə Bakıda çap olunmuşdur.[23]
Arzu Eyvazovun tərtibi və redaktorluğu ilə barəsində "Fanilər Mövsümü" sənədli-bioqrafik povesti yazılıb.[24]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.