Möhür Aktı (1765)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
1765-ci il tarixli "Möhür aktı" Böyük Britaniya Parlamentinin Amerikadakı İngilis koloniyalarına birbaşa vergi tətbiq edən və koloniyalardakı bir çox çap məhsullarının Londondan gələn möhürlənmiş kağız üzərində istehsal edilməsini tələb edən Böyük Britaniya Parlamentinin Aktı idi.
Çap materialları arasında hüquqi sənədlər, jurnallar, oyun kartları, qəzetlər və koloniyalarda istifadə edilən bir çox digər kağız növləri var idi və onlar müstəmləkə dövrünün kağız pulları ilə deyil, Britaniya valyutası ilə ödənilməli idi. Verginin məqsədi Fransa və Hindistan müharibəsindən sonra Amerika koloniyalarında yerləşdirilən Britaniya hərbi qoşunlarının haqqını ödəmək idi, lakin müstəmləkəçilər heç vaxt Fransanın işğalından qorxmamışdılar və onlar iddia edirdilər ki, müharibədə öz paylarını artıq ödəyiblər.
Amerikada Yeni kolonial sistemi meydana gətirən tədbirlərin sonuncusu, təşkil edilmiş ən böyük müqavimətə ilham verdi. "Möhür Qanunu" kimi tanınan bu qanun şərt qoyurdu ki, bütün qəzetlərə, plakatlara, pamfletlərə, lisenziyalara, icra müqavilələrinə və başqa qanuni sənədlərə vergi möhürü vurulsun. (Amerika gömrük agentlərinin topladığı) bu vergi koloniyaları "müdafiə etmək, onlara yardım etmək və onların təhlükəsizliyini təmin etmək" üçün istifadə olunmalı idi.
Möhür Qanunu eyni zamanda biznesin hər hansı bir növü ilə məşğul olan adamlara da aid idi. Beləliklə, bu qanun Şimal və Cənubda, Şərq və Qərbdə Amerika əhalisinin ən güclü və bacarıqlı dəstələrindən olan jurnalistlər, hüquqşünaslar, ruhanilər, tacirlər və biznesmenlər arasında narazılıq hissi oyatdı. Tezliklə tacirlər müqavimət göstərmək üçün birləşdilər və idxaletməyən assosiasiyalar yaratdılar.
Ana vətənlə ticarət 1765-ci ilin yayında çox ciddi şəkildə azaldı, çünki məşhur adamlar Möhür Qanununa qarşı çıxmaq üçün bir çox hallarda zorakı vasitələrlə özlərini "Azadlıq Oğulları" adı altında birləşdirərək, gizli təşkilatlar yaratdılar. Massaçusetsdən Cənubi Karolinaya qədər, bu qanun ləğv edildi və xalq kütlələri bədbəxt gömrük agentlərini öz idarələrini tərk etməyə məcbur edərək, nifrət doğuran möhürləri sıradan çıxardılar.
Nümayəndə Pətrik Henrinin təhriki ilə Virciniya Bələdiyyə Palatası may ayında təqdim olunmadan vergiqoymanı kolonial azadlıqlar üçün təhlükə hesab edən bir neçə qətnamə qəbul etdi. Bələdiyyə Palatası elan etdi ki, virciniyalıların da ingilislərin hüquqları kimi hüquqları var və ona görə də onlara ancaq öz nümayəndələri vergi qoya bilər. İyunun 8-də Massaçusets Məclisi bütün koloniyaları dəvət etdi ki, 1765-ci ilin oktyabrında Nyu-Yorkda keçiriləcəyi nəzərdə tutulan və Möhür Qanunu Konqresi adlanan konqresdə kral və Parlamentdən azad olmaq üçün xahişləri müzakirədən ötrü nümayəndələr müəyyən etsinlər. Doqquz koloniyadan seçilmiş iyirmi yeddi nümayəndə Parlamentin Amerika işlərinə qarışmasına qarşı koloniyaların rəylərini ifadə etmək imkanı əldə etdi. Uzun müzakirələrdən sonra, Konqres bir sıra qətnamə qəbul etdi. Bu qətnamələrdə təsdiq olunurdu ki, "onların öz müvafiq qanunvericilik orqanlarının razılığı olmadan, onlara qoyulan heç bir vergi heç bir vaxt konstitusion olmur və ola da bilməz" və Möhür Qanunu "açıq şəkildə kolonistlərin hüquqlarını və azadlıqlarını tapdalamağa meyil edir."
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.