Luis Kerrol (27 yanvar 1832[1][2][…] – 14 yanvar 1898[1][2][…]) — ingilis yazıçısı və riyaziyyatçısı. Daha çox Alisa möcüzələr ölkəsində və Alisa xəyal güzgüsündə əsərləri ilə tanınır.
Luis Kerroll | |
---|---|
ing. Lewis Carroll | |
Doğum adı | Charles Lutwidge Dodgson |
Təxəllüsü | Lewis Carroll |
Doğum tarixi | 27 yanvar 1832[1][2][…] |
Vəfat tarixi | 14 yanvar 1898[1][2][…] (65 yaşında) |
Vəfat səbəbi | ağciyər iltihabı[3] |
Uşağı | yoxdur |
Təhsili | |
Fəaliyyəti | riyaziyyatçı, məntiqşünas, fotoqraf, şair, uşaq ədəbiyyatı yazıçısı, gündəlik yazıçısı[d], romançı, yazıçı, avtobioqraf[d], filosof |
Fəaliyyət illəri | 1852–1898 |
Əsərlərinin dili | ingilis dili |
Janrlar | uşaq ədəbiyyatı, riyazi məntiq, ədəbi absurd[d], poeziya, Xətti cəbr, Sosial seçim nəzəriyyəsi |
Tanınmış əsərləri |
Alisa möcüzələr ölkəsində Alisa xəyal güzgüsündə (kitab) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Luis Kerrol 1832-ci ildə Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin böyük övladı olmuş və 3 qardaşı, 7 bacısı olmuşdur. Kerrol rəsm çəkməyi çox sevirmiş. Bir gün parkda oynayan 3 qız uşağının foto çəkmiş və onun əsl Alisa ilə tanışlığı belə başlamışdır. Bu qızlardan biri olan Alisa onun sehirli povestinin baş qəhrəmanı olmuşdur. Bu nağıl 1865-ci ildə yazılmışdır. Əsərin əsas süjeti Alisanın ğördüyü qəribə yuxular əsasında qurulmuşdur. 1867-ci ildə Kerrol Londonda Alisa Teodora Reyts adlı başqa bir Alisa ilə tanış olmuşdur. Yazıçının ikinci "Alisa güzgü arxasında" nağıl-povestinin baş qəhrəmanı isə bu qız olmuşdur. Bu əsəri müəllif 1871-ci ildə qələmə almışdır. Kerrol "Deyingənin ovu" və "Silviya və Bruno" adlı əsərləri yazmışdır. Ömrünün axırına kimi şəkillər çəkən və gözəl əsərlər yazan Kerrol 1898-ci ildə vəfat etmişdir.
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.