Ligitan arxipelaqı
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Ligitan arxipelaqı və ya Ligitan adaları (malay Kepulauan Ligitan, ing. Ligitan group of islands) — adalar qrupu qumlu sualtı bankələrdən, mərcan və riflərdən ibarətdir. Adalar Malay arxipelaqının tərkibinə daxildir. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir.
Adaların ümumi sahəsi 1 km² təşkil edir. Ən iri adaları Ligitan və Mabul adaları. Adalarda ümulikdə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Hazırda adalarda kurort turizm inkişaf etmişdir.
Arxipelaqın coğrafi koordinatları: 4°20′00″ şm. e. 118°59′00″ ş. u.HGYO[1]. Adalar Sulavesi dənizinin cənub-şərqində Kalimantan adasından şərqdə (minimal olaraq 15 km məsafəyə malikdir), Malayziya və İndoneziya sərhədində yerləşir[2]. Adalar Kalimantan adasından Ligitan boğazı ilə ayrılır. Arxipelaq 60 km məsafədə uzanır və eni isə 20 km təşkil edir[3] Arxipelaqa daxil olan ən iri adalar Ligitan (0,076 km²[2]) və Mabul (0,21 km²) adalarıdır. Arxipelaqa həm də ətrafda yerləşın rif, mərcan və bankələr daxildir[3][4].
İqlimi ekvatorialdır. Rütubətlidir. İqlim xüsusiyyətləri Kalimantan adasının şimal-şərq iqliminə bənzərdir. İllik orta temperatur maksimal olaraq +39 °C, minimal isə +17 °C təşkil edir. Günlük orta temperatur +27—29 °C-dir. Günlük msksimal və minimal temperatur arasında fərq cəmi 5 °C təşkil edir[5].
Adalar qumsaldır və səthi olduqca hamardır. Maksimal hündürlüyü dəniz səviyyəsindən 9 metr hündürlükdə yerləşir[4] və Ligitan adasında qərsrlaşır. Ərazisinin böyük hissəsini tropik bitkilər örtmüşdür[1][6]. Əsasən kol və palma ağaclarıdır. Sahil hissəsi əsasən bir necə on metr enə malikdir. Ligitan adasının sahillərindən güçü 5 km/s alan axınlar keçir. Bu axınlar adanın ətrafına dövr edir. Bu xüsusiyyətinə görə yaxınlıqda yerləşən digər adalardan fərqlənir[4][6] Adalar fauna baxımından kasıbdır. Burada iri heyvanlar yaşamır. Ərazisində bir necə növ sürünən, gəmirici və suda-quruda yaşayan vardır. Ətraf suları isə daha zəngin və rəngarəngdir. Dəniz ilanları, skatlar, yengəclər və çoxlu sayda balıq növlərinə rast gəlinir[6].
1969-cu ildən Ligitan adası Malayziya və İndoneziya arasında mübahisə predmeti olmuşdur. Hər iki tərəf Hollandiya və Böyük Britaniya müstəmləkə xəritələrini əsas gətirirdi. Burada Ligitandan başqa Sipidan adasıda mübahisə pretmeti olmuşdur. 1997-ci ildə hər iki tərəf məsələni BMT Beynəlxalq məhkəməsinə verirlər. 2002-ci ilin dekabrında məhkəmə işi Malayziyanın lehinə həll edilir[1][2]. İndoneziya məhkəmənin qərarını rəsmən tanıyır[7].
İnzibati cəhətdən adalar Sempor rayonu (malay Daerah Semporna), Tavau dairəsi (malay Bahagian Tawau), Sahab ştatı (malay Negeri Sabah)[7] daxildir.
Ligitan adasında əhali yaşamır. Maqbul adasında isə 1999-cu il məlumatına görə 2000 nəfər yaşayır. Əhali əsasən iki qəsəbədə yerləmişdir: Mabul (malay Kampung Mabul) və Musu (malay Kampung Musu). Onlar müvafiq olaraq adanın şimalı və cənubunda yerləşir. Mabul qəsəbəsinin əhslisi əsasən Filippinin Sulu arxipelaqı regionundan gəlmələrin törəmələridir. Əhalisi islam dininə (sünnilər) etiqat edir
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.