Remove ads
Ağdərə rayonunda kənd From Wikipedia, the free encyclopedia
Göyarx (əvvəlki adları: Levonarx; Köyarx) — Azərbaycan Respublikasının Ağdərə rayonunun Həsənqaya kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]
Göyarx | |
---|---|
40°19′00″ şm. e. 46°48′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Kənd Qarabağ düzündə[3], dağətəyi ərazidə yerləşir[4].
Kəndi XIX əsrin ikinci yarısında indiki Goranboy rayonunun Rus Borisi kəndindən ayrılmış malakan rus ailələri Levanarx çayının kənarında salmışdılar. Sonralar ermənilər kəndin adını təhrif edərək Levonarx kimi rəsmiləşdirmişdilər. 1992-ci ildən kənd Göyarx adlandırıldı. 1933-cu ildə Kəlbəcər rayonunun Seyidlər inzibati ərazi vahidində Lev kəndi qeydə alınmışdır. Toponimiyada lev "kənar" mənasında işlənir.[3]
Göyarx kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) Mardakert rayonunun tərkibində idi və adı Levonarx idi[5]. DQMV-ndə separatçılıq baş qaldırılandan[6] sonra Azərbaycan Respublikasının Ali Sovetinin qəbul etdiyi 26 noyabr 1991-ci il tarixli qanun ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olundu, Mardakert rayonunun isə adı dəyişdirilərək Ağdərə rayonu adlandırıldı[7].
Birinci Qarabağ müharibəsi zamanı kənd 1992-ci ildə işğal olunmuş[8], amma Ağdərə əməliyyatı nəticəsində Azərbaycan qoşunları kəndi 30 iyun 1992-ci il tarixində işğaldan azad etmişdilər[9].
Azərbaycan Respublikasının Milli Məclisinin 25 avqust 1992-ci il tarixli qərarı ilə Ağdərə rayonunun bir sıra yaşayış məntəqələri Tərtər rayonunun tərkibinə verilmişdi[10]. Milli Məclisin 13 oktyabr 1992-ci il tarixli qərarı ilə isə Ağdərə rayonu ləğv olunmuş, ərazisi isə Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü[11]. Bununla, kənd Tərtər rayonunun tərkibində yerləşmiş oldu[12][13]. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Tərtər rayonunun Levonarx kəndi Köyarx kəndi adlandırılmışdır.[2]
22-25 aprel 1994-cü il tarixində kənd yenidən işğal olundu[14] və bununla Ermənistan Respublikası Silahlı Qüvvələri işğalına düşdü. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq, 9-10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyanata əsasən, kənd Rusiya Federasiyasının Sülhməramlı Qüvvələrinin nəzarətinə keçmişdi. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Göyarx kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır[15].
5 dekabr 2023-cü il tarixli qanunla kənd yenidən yaradılmış Ağdərə rayonunun tərkibinə daxil edilib.[16]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.