From Wikipedia, the free encyclopedia
Lətif Muxtar oğlu İmanov (15 sentyabr 1922, Şuşa, Şuşa qəzası – 12 mart 1980, Bakı) — fizik, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü (1976), pedaqoq, Azərbaycan SSR Əməkdar elm xadimi (1979).[1] [2]
Lətif İmanov | |
---|---|
Lətif Muxtar oğlu İmanov | |
| |
Doğum tarixi | |
Doğum yeri | Azərbaycan SSR, Şuşa |
Vəfat tarixi | (57 yaşında) |
Vəfat yeri | SSRİ, Azərbaycan SSR, Bakı |
Vətəndaşlığı | SSRİ |
Elm sahəsi | Fizika |
Elmi dərəcəsi | |
Təhsili | |
Mükafatları |
Lətif İmanov 15 sentyabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta təhsilini 4 saylı Şuşa şəhər məktəbində almışdır. 1944-cü ildə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini Fizika ixtisası üzrə bitirmişdir.[1][2]
Lətif İmanov əmək fəaliyyətinə Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitutunda başlamışdır. O, əvvəlcə kiçik elmi içşi, 1944-cü ildən 1954-cü ilə qədər isə böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. 1954–1980-ci illər ərzində laboratoriya rəhbəri vəzifəsini icra etmişdir.[1]
Lətif İmanov keçmiş SSRİ EA Spektroskopiya Elmi Şurasının üzvü olmuşdur. O, həmçinin Radiospektroskopiya problemi üzrə Respublika Elmi Şurasının sədri kimi fəaliyyət göstərmişdir.[1]
Lətif İmanov 1954-cü ildə fizika üzrə fəlsəfə doktoru, 1964-cü ildə fizika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, həmçinin 1966-cı ildə professor elmi adına layiq görülmüşdür. 1968-ci ildə AEA-nın müxbir üzvü olan Lətif İmanov 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir.[1][2]
Radiospektroskopiya üzrə tanınmış alim olan Lətif İmanov elmi fəaliyyətinin əsas istiqamətləri olan molekulyar qaz radiospektroskopiyası, dielektrik relaksasiya, elektron-paramaqnit rezonans və nüvə maqnit rezonans spektroskopiyası sahələri üzrə əsaslı elmi nəticələr əldə etmişdir. Alimin rəhbərliyi ilə mürəkkəb qaz readiospektrometr qurğuları yaradılmış, müxtəlif molekulların və onların izotop formalarının mikrodalğa spektrləri öyrənilmiş, spirt və merkaptan molekullarının yeni dönmə izomerləri aşkar edilmişdir.[1]
İmanovun yaratdığı ölçü qurğuları vasitəsilə üzvi maye və bərk maddələrin tədqiqi sahəsində uğurlar qazanmış, şüşələrin elektron-paramaqnit rezonans spektrini və elektrik xassələrini öyrənmişdir. Alim 150-dən çox məqalənin müəllifidir, onlardan 10-u müəlliflik şəhadətnaməsidir. Bu məqalələr xarici və respublika jurnallarında çap olunmuşdur. Lətif İmnanovun rəhbərliyi ilə 1 elmlər doktoru və 10 fəlsəfə doktoru yetişdirilmişdir.[1]
Lətif İmanov elmi tədqiqat işi ilə paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin tələbələrinə radiofizikadan və fiziki elektronikadan mühazirələr oxumuşdur.[2]
Lətif İmanov 1979-cu ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[1]
Lətif İmanov 12 mart 1980-ci ildə ürək xəstəliyindən vəfat etmişdir.[1][2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.