From Wikipedia, the free encyclopedia
Lənkəran anodontu (lat. Anodonta lenkoranensis) — Anodonta cinsinə aid növ. Cinsin Qafqazda 5 növ və 2 yarım növü, Azərbaycanda isə 2 növü və 1 yarım növü yayılmışdır. Sayı azalmaqda olan endemik növdür, antropogen təsirlərə həssasdır.[1]
Lənkəran anodontu | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Lənkəran anodontu |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
||||||
|
Yumurtaya bənzəyir. Bədən hissəsi nisbətən şişkindir. İki canağa malik olur. Çanağın uzunluğu 140, hündürlüyü 70, şişkinliyi isə 60 mm-ə qədərdir. Çanaq iri, qalın divarlı və sərtdir. Qismən sıxılıb girdələnmiş ön kənar üst kənarla, əsas növ üçün xarakter olan küt bucaq əmələ gətirmir. Aşağı hissə çəpinə kəsilmişdir. Arxa kənar qismən kəsik, getdikcə girdələnərək arxaya uzanır və sanki küt “dimdik” əmələ gətirir. Çanağın zirvəsi (təpə nöqtəsi) çanağın ön 1/3-də yerləşmişdir. Liqament kilid uzun və möhkəmdir. Çanağın üzəri sıx qabırğalarla örtülüdür. İllik həlqələr aydın görünür. Epidermis zəif inkişaf etmişdir. Kilid dişsizdir. Çanağın içəri səthi hamar və parlaqdır. Onun üzərində zəif radial şüalar görünür. Şüalar çanağın zirvəsindən kənara uzanır. Sədəfi ağ-mavi rəngdədir, o, çanağın ön tərəfində daha qalındır.[2] Balıqların qida və inkubasiya obyekti kimi əhəmiyyət kəsb edir. Kərkə balığının çoxalması bilavasitə bu cinsin ayrı – ayrı növləri ilə bağlıdır.[3]
Əsasən Lənkəran təbii vilayətinin çaylarının mənsəbində rast gəlinir. Xüsusi ilə Qumbaşıçayı və Təngərüdçayı görmək olar. Arealı sürətlə kiçilir. Bəzi alimlər onlara Kür çayının mənsəbində də qeyd olunması haqda məlumat verirlər. Azərbaycanın endemik canlısıdır. Çayların bitkilərlə zəngin olan zəif axarlı sahələrində lilli-qum biotopunda rast gəlinir.
Çayların bitkilərlə zəngin olan zəif axarlı sahələrində lilli-qum biotopunda rast gəlinir. Cinsi məhsullar may – iyul aylarında əmələ gəlir. Mayalanma daxilidir. Qloxidilər (sürfələr) molyuskların qəlsəmələrində yetişir. Tam formalaşmış qloxidilər yaz fəslində qəlsəmələri tərk edib balıqlara keçir və əsasən onların üzgəclərində parazitlik edir. Beləliklə də onlar yayılırlar. Az hərəkətli olub, yarıya qədər torpaqda yaşayır.
Areal daxilində hər m² sahədə 1 – 3 ədəd, bəzən isə 7 – 10-a qədər olur (Qumbaşı çayı). Fəsillərdən və digər amillərdən asılı olaraq sayı dəyişilir.
Cinsi aktivlik aprel-may aylarına təsadüf edir. Balalar parazitar həyat sürür və əsasən balıqların qəlsəmələrində müşahidə edilir. Az hərəkətli olub, yarıya qədər torpaqda yaşayır. Balıqların qida və inkubasiya obyekti kimi əhəmiyyət kəsb edir. Kərkə balığının çoxalması bilavasitə bu cinsin ayrı – ayrı növləri ilə bağlıdır.[1]
Çayların su rejiminin dəyişilməsi və onların sənaye və məişətin çirkab suları ilə çirklənməsi.
Heç bir tədbir görülməmişdir və görülmür. Növün yayıldığı çayların təbii rejiminin dəyişilməsinə imkan verməmək, çayların çirklənməsinin qarşısını almaq, heyvanın kütləvi toplanmasını qadağan etmək, növün yayıldığı ərazilərə xəbərdarlıq nişanları qoymaq və qorunan növ kimi təbliğini genişləndirmək.[4]
Biomüxtəliflikdə rolu böyük sayılır. Qida zəncirində və təbiətdə enerji axımında xüsusi əhəmiyyətə malikdir. Canaqları sədəf sanayesində istifadə edilir. Heyvandarlıqda onların canaqları üyüdülərək yemə qatılır. Digər əhəmiyyətləri və ziyanveriçilik xüsusiyyətləri tam örgənilməmişdir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.