From Wikipedia, the free encyclopedia
Lüsi (ing. Lucy) — 2014-cü ildə rejissor Luk Besson tərəfindən çəkilmiş, produserinin həyat yoldaşı Vircin-Besson Silla olduğu, Europacorp studiyasının disterbuturluğu ilə İngilis dilində çəkilmiş Fransa istehsalı olan elmi fantastika filmidir. Filmin çəkilişləri Taybey, Paris və Nyu York şəhərlərində baş tutub. Əsas rolları Skarlet Yohansson, Morqan Friman, Çoi-Min sik və Əmr Vaked ifa edirlər. Yohansson filmdə müəmmalı maddənin qarın boşluğuna yeridilməsindən sonra psixi qüvvəyə yiyələnən əsas qəhrəman rolunu oynayıb.
Lüsi | |
---|---|
ing. Lucy | |
| |
Janr | Elmi fantastika |
Əsas mövzu | İnsan beyninin ancaq 10%-nın işlənməsi haqqında əfsanə, narkoticarət[d] |
Rejissor | Luk Besson |
Prodüser | Vircin Besson Silla |
Ssenari müəllifi | |
Baş rollarda |
Skarlet Yohansson Morqan Friman Çoi-Min sik Əmr Vaked |
Bəstəkar | Erik Serra |
Montajçı | Lük Besson |
İstehsalçılar |
Universal Pictures (ABŞ/Beynənxalq)[1] EuropaCorp (Fransa)[2] |
Distribütor | UIP-Dunafilm[d][3][4], Netflix |
İlk baxış tarixi |
25 iyul 2014 (ABŞ) 6 avqust 2014 (Fransa) |
Filmin növü | Bədii film |
Müddət | 90 dəqiqə[5] |
Büdcə | 40 milyon dollar[6] |
Gəlir | 463.4 milyon dollar[6] |
Ölkə | Fransa |
Dillər |
İngiliscə Koreyaca Fransızca |
İl | 2014 |
Rəng | rəngli |
Çəkiliş yeri | Taypey, Taybey 101, Rivoli küçəsi, Paris, Tayvan |
IMDb | ID2872732 |
Vikianbarda əlaqəli mediafayllar |
Film nümayişə başladığı 25 iyul 2014-cü il[7] tarixindən etibarən 463 milyon dollar gəlir qazanaraq öz 40 milyon dollarlıq büdcəsindən 11 dəfə asrtıq gəlir qazanaraq böyük uğur qazana bilib. Ümumilikdə film tənqidçilərdən müsbət rəy alıb. Xüsusilə də Yohansson yaratmış olduğu psixi qüvvəyə malik olan qadın rolu çox müsbət qarşılanıb.[8][9][10]
24 yaşlı Lusi adlı Amerikalı tələbə Tayvanda təhsil alır. Koreyalı dərman alveri ilə məşğul olan Mister Canq ilə əlaqəli olan yeni sevgilisi tərəfindən o da bu işin qurbanına çevrilir. Beləki sevgilisi ona içində CPH4 dərmanının olduğu çantanı şirkətə götürməyi xahiş edir. Lüsinin isə heç nədən xəbəri yoxdur. O isə əvvəl razı olmasada sonradan razılaşır. İçəridə gözlədiyi bir vaxt küçədə sevgilisinin güllələndiyini görür. Daha sonra isə təhlükəsizlik əməkdaşları tərəfindən içəriyə zorla aparılır. Gözlərini açdığı vaxt qarın boşluğunda yara olduğunu görür. Ona bildirilirki onun qarın boşluğuna bağlama yerləşdirilib hansı ki içində CPH4 dərmanı var. Bunun vasitəsi ilə onlar bu dərmanı Avropaya qaçaqmalçılıq ilə daşımağı planlaşdırırlar. Bir müddətdən sonra adamlardan biri Lüsinin olduğu hücrəyə gələrək onun vurmağa başlayır. Bu vaxt isə qarın boşluğunda olan bağlama cırılır və içindəki dərmanın bir hissəsi Lüsinin qanına keçir və bununlada o telekinesis eləcədə bəzi döyüş qabilliyətinə beyininin köməyi ilə yiyələnməyə başlayır. O həmin adamı öldürərək xilas olur.
Qaçdıqdan sonra isə xəstəxanaya gələn Lüsi əməliyyat otaqlarının birinə silahla daxil olur və həkimlərdən onun qarınındakı bağlamanı çıxartmalarını tələb edir. həkim ona o dərmanın qadınlarda hamiləlik vaxtı dölün inkişafı üçün yaranan və güclü olan elementlərdən ibarət olduğunu deyir və onun hələ də sağ qalmasının təəccüb doğurduğunu bildirir. Xəstəxanada işi qurtardıqdan sonra Lüsi Mister Canqın otelinə gələrək onun gözətçilərini öldürür və onun yanına gedərək sahib olduğu bacarıqla bir toxunuşda digər 3 insana yerləşdirilərək Avropaya göndərilmiş bağlamalarının yerini öyrənir.
Lüsi evə qayitdıqdan sonra ona bu mövzuda kimin və necə kömək edəcəyi barədə sürətli bir formada araşdırça aparır. Nəticədə tanınmış alimlərdən olan Professor Norman ilə əlaqə yaradır və ona sübut edir ki hər keçən zaman dilimində onun bacarıqları böyüməkdə davam edir. Daha sonra isə parisə üçaraq yerli polislərdən olan Pierre Dei Rio ilə əlaqə yaradır və ona dərmanlar və onların təyinatı barədə məlumat verir. Özü isə bu vaxt təyyarədə olarkən qəribə hadisə ilə üzləşir. Sanki onun bədəninin hissələri dağılmağa, toz şəklində buxarlanmağa başlayır. təlaşlı halda ayaq yoluna qaçan Lüsi əlində olduğu o dərmanlar vasitəsi ilə özünü toza çevrilməkdən xilas edə bilir. Bundan sonra polis Dei Rio ilə Professor Norman və əməkdaşları ilə görüşür. Norman ona hər şeyin elm ilə bağlı olduğunu bildirərək düzgün yolun onların elmə ötürülməsi olduğunu deyir. Lüsi hazırda bildiyi bütün şeyləri ona verəcəyi ilə razılaşır.
Professorun laboratoriyasında Lüsi sahib olduğu məlumatların bəzilərini onlar ilə paylaşır. Bu vaxt ərzində isə digər 3 insana yeridilmiş bağlamaları Lüsi ələ keçirə bilmişdir. Lüsi onların köməyi ilə bəzi avadanlıqları özünə birləşdirir və yeni nəsil kamputer yaratmağa başlayır. Bu vaxt isə Mister Canq və adamları içəriyə soxulmaq üçün polislər ilə və Rio ilə atışmadadırlar. Lüsi əyləşdiyi stolda demək olarki bütün keçmişə qədər hətta dünyanın yaranması zamanlarına qədər bütün hər şeyi öz gözləri ilə görür. Bu vaxt isə bədəni qara bir şey ilə tamamilə örtülmək üzrədir. Bu isə özünün 100% olduqda Lüsi yoxa çıxır. Yaratmış olduğu yeni nəsl komputerdə isə sahib olduğu bütün dünyanın məlumatları var və kamputer tərpənir içindən fləş çıxır. Norman fləşi götürür.
Atışmada həlak olan Mister Canqdan sonra Rio içəri daxil olur. Yalnız əməkdaşlardan başqa heç kəsi görmür. Lüsinin harada olduğunu soruşanda isə telefonuna mesaj gəlir və mesajda deyilir: "MƏN HƏR YERDƏYƏM." Sonda isə Lüsinin səsi eşidilir "Milyard illər əvvəl bizə həyat verildi. İndi sən onunla nə etməli olduğunu bilirsən."
Lüsi Fransız kinosunda 49 milyon avroya başa gələn ikinci ən bahalı filmdir.[13] Bu film eyni zamanda 2000-ci ildə Luk Besson tərəfindən yaradılmış EuropaCorp şirkətinin ən böyük layihələrindən biridir.[14][15] Kinoşirkətin hesabatına görə film şirkətin kino tarixində ən yüksək gəlir əldə edib. Büdcəsinin 40 miyon dollar oduğu film Şimalı Amerikada 126.7 milyon dollar, digər ölkələrdə 336.7 milon dollar ümumilikdə isə dünya üzrə 463 milyon dollar qazanıb.
İl | Nəticə | Mükafat | Katoqoriya | Namızəd |
---|---|---|---|---|
2014 | Namizəd | Alliance of Women Film Journalists | Kick Ass Mükafatı Ən yaxşı qadın döyüş ulduzuna görə | Skarlet Yohansson |
2014 | 2-ci yer | Village Voice Film Poll | Ən yaxşı aktrisa | |
2015 | Namizəd | Saturn Mükafatı | Ən yaxşı macəra və döyüş filmi | Lüsi |
Namizəd | Broadcast Film Critics Association Mükafatı | Döyüş filmində ən yaxşı aktrisa | Skarlet Yohansson | |
Namizəd | Yupiter mükafatı | Ən yaxşı beynəlxalq aktrisa | ||
Namizəd | MTV Film Mükafatı | Ən yaxşı qadın performansı | ||
3-cü yer | National Society of Film Critics Mükafatı | Ən yaxşı aktrisa | ||
Namizəd | Visual Effekt Mükafatı | Döyüş filmində ən yaşı təsvir olunmuş portret | Riçard Bluff, Stefen Bevins , Stefen DeLuka, Tiffani Yanq |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.