Kral Fotoqrafiya Cəmiyyəti

From Wikipedia, the free encyclopedia

Kral Fotoqrafiya Cəmiyyəti

Kral Fotoqrafiya Cəmiyyəti (ing. Royal Photographic Society) — Böyük Britaniyada yerləşən və dünyanın ən nüfuzlu fotoqrafiya birliklərindən biri.[1] Bu, dünyada ilk fotoqraflar cəmiyyətidir.[2] Cəmiyyətin baş direktoru Mixael Pritçarddır.

Cəld faktlar Yaranma tarixi, Mərkəzi ...
Kral Fotoqrafiya Cəmiyyəti
Royal Photographic Society
Thumb
Yaranma tarixi 1853
Mərkəzi
Qurucusu
rps.org
 Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Thumb
1858-ci ildə Londonda keçirilən sərgisi[3]

Cəmiyyətin əsası 20 yanvar 1853-cü ildə britaniyalı fotoqraf Rocer Fenton tərəfindən qoyulmuşdur.[1] Həmin vaxt adı London Fotoqrafiya Cəmiyyəti idi. 1874-cü idə adı dəyişdirilərək Böyük Britaniya Fotoqrafiya Cəmiyyəti, 1894-cü ildən isə Kral Fotoqrafiya Cəmiyyəti olmuşdur.

Üzvləri

Yarandığı gündən bəri cəmiyyətdə 80 min fotoqraf təmsil olunub.[2]

Müxtəlif ölkələrdən adlı-sanlı fotoqraflar, o cümlədən Martin Parr (Böyük Britaniya), Enni Leybovits (ABŞ) bu cəmiyyətin üzvüdürlər.[1]

2015-ci ildə azərbaycanlı fotoqraf Rüfət Əliyev Kral Fotoqrafiya Cəmiyyətinə üzv seçilib.[4]

Xüsusi maraq qrupları

Cəmiyyət üzvlüyü çərçivəsində xüsusi maraqları təmin etmək məqsədilə müxtəlif vaxtlarda xüsusi maraq qrupları yaradılmışdır. Bura aşağıdakılar daxildir:

  • Şəkil qrupu (1919)
  • Elm və texnika qrupu (1920)
  • Kinematoqrafiya qrupu (1923)[5]
  • Rəng qrupu (1927)[6]

Həmçinin bax

İstinadlar

Əlavə oxu

Xarici keçidlər

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.