Kosalar (Xocalı)
Xocalı rayonunda kənd From Wikipedia, the free encyclopedia
Xocalı rayonunda kənd From Wikipedia, the free encyclopedia
Kosalar — Azərbaycan Respublikasının Xocalı rayonunun Kosalar kənd inzibati ərazi dairəsində kənd.[1]
Kosalar | |
---|---|
39°48′41″ şm. e. 46°40′26″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Xocalı rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.507 m |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Yuxarı Qarabağda axırıncı işğal olunan kənddir. Xankəndi şəhəri və Kərkicahan qəsəbəsinin yaxınlığında yerləşir.
Xocalı rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Qarabağ silsiləsinin yamacındadır. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini keçmış Zəngəzur qəzasının Kosalar (indiki Ağoğlan) kəndindən köçmüş ailələr salmışlar. Oykonim yaşayış məntəqəsinin əsasını qoymuş kosalar nəslinin adını əks etdirir. Keçən əsrdə Krım vilayətində Kosalar və Kosa Eli adlı yaşayış məntəqələri qeydə alınmışdır.[2]
Kərəm Əsgərov, Xocalı Rayon İcra Hakimiyyəti başçısının Kosalar kəndi üzrə ərazi nümayəndəsinin dedikləri.
"Kosalar bir xeyli müqavimət göstərdi, hər hücum düşmənə ağır itki ilə başa gəlirdi. 1992-ci il mayın 8-də erməni hərbi birləşmələri 4 istiqamətdən Kosalara hücuma keçdi. Canhəsən kəndində 6 postumuzu düşmən qüvvələri mühasirəyə almışdı. Səhər saat 6-da əli silah tutanların hamısı qəfil hücuma keçərək mühasirə halqasını yardı və düşməni geri oturtdu. Səkkiz saat davam edən amansız döyüşdə 6 nəfər həlak oldu, 23 nəfər isə yaralandı. 237 erməni meyitini topladıq ki, girov düşən xocalılılarla dəyişək.[3]
Bununla belə, inadla müdafiə olunmasına baxmayaraq kənd iki gün sonra mayın 10-da işğal olundu.[4] 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kosalar kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
İşğaldan əvvəl Kosalar kəndində məktəb, poçt, tarix-diyarşünaslıq muzeyi, "Məhəmməd ağanın otağı" tarixi abidə, "Darılı Piri", "Ələm ağacı" ziyarətgahları, daş qəbirlər, 3 istehsal sexi və fabrik var idi.[5]
Kosalar kəndi Xankəndi şəhərindən 3,6 kilometr qərbə doğru, dəniz səviyyəsindən 1507 metr hündürlükdə yerləşir.
İşğaldan əvvəl Kosalar kəndinin əhalisi azərbaycanlılardan ibarət idi. Kəndin əhalisi 2.500 nəfərdən ibarət idi.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.