From Wikipedia, the free encyclopedia
Gəmi korpusu, hidrovasitə korpusu, gəmi gövdəsi, hidrovasitə gövdəsi — bir gəmi və ya qayığın alt hissəsini formalaşdıran hidroizolyasiyalı hissədir. Korpusun strukturu gəminin növünə görə dəyişikliklər göstərə bilir.
Gəminin gövdəsi gəminin təyinatına görə gəminin üzmə qabiliyyətini, batmazlığını, möhkəmliyini, silahların və şəxsi heyətin, o cümlədən də mexanizmlərin yerləşdirilməsini təmin edir. Korpus sükan, lövbər, yanalma, yedəkləmə və qaldırıcı qurğularla təchiz edilir. Gəminin gövdəsinin içərisində əsas və köməkçi mexanizmlər, döyüş sursatları üçün nəzərdə tutulan anbarlar, yaşayış və xidməti otaqlar, yanacaq, yağ, su, zəncir qutuları, daşınan avadanlıqlar və yük üçün nəzərdə tutulan otaqlar, eləcə də çoxlu gəmi üçün nəzərdə tutulmuş cihazlar mövcuddur. Korpusun yuxarı göyərtəsi üst tikililər, konstruksiyalar və xidmət mexanizmləri üçün fundament funksiyası yerinə yetirir; onun üzərində dirəklər və borular yerləşdirilir. Gəminin gövdəsi əsas ölçüləri (uzunluğu, eni, çəkməsi), xarici konturların forması, komplektin struktur-güc sxemi, istehsalında istifadə olunan konstruksiya materialları (polad və (və ya) yüngül ərintilər, plastiklər, kompozit materiallar və ağac məhsulları) ilə xarakterizə olunur. Gəminin gövdəsinin forması onun gücünə, dənizə yararlılığına və manevr qabiliyyətinə ciddi formada təsir göstərir. [SBC 1983(12)]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.