Kolyuçin körfəzi
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Kolyuçin körfəzi — Çukot dənizində yerləşəm sahəsinə görə ikinci ən böyük körfəz. Körfəz Çukot yarımadasının içərilərinə doğru uzanır. İnzibati baxımdan Rusiya Federasiyası, Çukot Muxtar Dairəsi Çukot rayonu ərazisinə daxildir.
1793-cü ildə körfəzə Qraf Bezborodki körfəzi adı verilir. Bu ad Aleksandr Andreeviç Bezborodkonun şərəfinə adlandırılır. Ancaq ad uzun ömürlü olmur. Bir müddət sonra körfəz yaxınlığında yerləşən Kolyuçin adasının adı ilə adlandırılır.
Körfəz materik daxilinə 100 km məsafədə daxil olur. Dənizdən Belyaka dili ilə ayrılır. Çıxacaqda uzunluğu 2,8 km-dir. Maksimal eni isə 37 km təşkil edir. Dərinliyi 7—14 metr arasında dəyişir. Günlük qabarmalar 0,1 metrdir. Kolyuçin körfəzinin şimal-qərbində Boz qaz adaları yerləşir. Yujnıy adası arxipelaqın ən iri adasıdır. Uzunluğu 12 km təşkil edir. Ada qumsaldır və ərazisi düzəndir. Gilli ərazilərdə duzlu göllərdə vardır.
Sahilləri əsasən hündürdür. Daxilində yerləşən Nuteyikvin yarımadası sayəsində Kuetkuyim və İoniveemkuyim körfəzləri əmələ gəlir. Çayların körfəzə töküldüyü yerdə deltalar əmələə gəlmişdir. Sahilə yaxın ərazilərdə termokast göllər belə vardır. Körfəzə tökülən ən uzun çay İoniveem çayıdır. O 150 km uzunluğa malikdir.
70 km şərqdə isə Neskenpılkin laqunu yerləşir.
Körfəzin dibi əsasən lil materialları ilə örtülüdür. Çıxacaqda isə qum materialları üstünlük təşkil edir. Qum materiallarının körfəzə yayılmasına qabarma və çəkilmə səbəb olur[1].
Körfəz dəniz arktik iqlimə malikdir. Körfəzin buxla örtülməsi oktyabrın ortalarından başlayır. Buzdan tam azad olma ancaq yayın sonuna təsadüf edir. Yanvar ayında orta temoeratur −23 °C təşkil edir. Qışda küləklər müşahidə edilir. Yaz mayın ikinci yarısına təsadüf edir. Yayı soyuq və rütubətli olur. İyul ayında orta temperatur +6 °C-dir.
Körfəzin akvatoriyası müxtəlif növ balıqlarla zəngindir. Kolyuçin körfəzinin cənub hissəsində kütləvi şəkildə Amerika durnalarının yuva qurduğu ərazi vardır. Burada ördəklər, qara qaqarkaların kütləvi toplaşdığı ərazilə rdən biridir[2][3].
ХХ əsrin əvvələrində Kyuçinskaya körfəzi sahillətində amerikan «Polar bear» gəmisi qəzaya uğramışdır.
1983-cü ildə körfəzdə «Nina Saqaydak» buzqıran gəmisi torosların arasında əzilərək dənizin dibinə batır. Ekipajın xilası zamaı «Kolya Myaqotin» gəmisidə böyük zərər görür[4].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.