Kolanı (Şahbuz)
Şahbuz rayonunda kənd From Wikipedia, the free encyclopedia
Şahbuz rayonunda kənd From Wikipedia, the free encyclopedia
Kolanı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1]
Kolanı | |
---|---|
39°27′06″ şm. e. 45°40′56″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Şahbuz rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 1751 (2010) nəfər |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 7114 |
Kolanı - Şahbuz rayonunda kənd. Rayonun mərkəzindən 10 km-ş.-də, Yevlax-Laçın-Naxçıvan avtomobil yolunun kənarında. Naxçıvançayın (Arazın qolu) sahilindədir. Əh. 1607 nəfər (2000): bağçılıq və heyvandarlıqla məşğuldur.[2]
Naxçıvançayın sahilində, ortadağlıq qurşqdadır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalıadlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.[3]
Kolanı - Şahbuz rayonunda eyni adlı kəndin işərisində orta əsrlərə aid yaşayış yeri. 1990-cı ildə qeydə alınmışdır. Şahbuzdan 9500 m. Axtarışlar zamanı dağıdılmış tikinti qalıqları, boz və çəhrayı rəngli gil məmulatı (küpə və kasa tipli qab qırıqları və s. aşkar edilmişdir. Hazırda yaşayış yerindəki təpənin üstündə böyük məscid tikilmişdir. Tapıntılar 5-8 əsrə aid edilir.
Kolanılar - türk tayfası. Tədqiqatçıların ehtimalına görə, Kolanılılar xanlıqlar dövründə (18 yüzilliyin 1-ci yarısında) İran hökmdarı Nadir şah Əfşar Xorasandan köçürülmüşdür. Qarabağ xanlığının tərkibində Kolanı mahalı vardı. Naxçıvanda,Qarabağda, Şirvanda və Azərbaycanın dögər bölgələrində yaşamış Kolanılar əzasən, maldarlıqla məşğul olmuşlar. Naxçıvan MR-nın Şahbuz rayonundakı Kolanı kəndin adı Kolanılarla əlaqədardır.
Əhalisi 1751 nəfərdir.[4]
Orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, kitabxana, xəstəxana, uşaq bağçası, rabitə şöbəsi var. Kənddən bir qədər aralıda Söyüdlü, c.q.-ndə isə Quzey orta əsr yaşayış yerləri və qəbiristanlıq var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.