From Wikipedia, the free encyclopedia
Kobe Dəb Muzeyi (神戸ファッション美術館, Kobe Faşşon Bicutsukan?) – Yaponiyanın Hyoqo prefekturasının Kobe şəhərində yerləşən dəb muzeyi. Yaponiyanın ilk dəb muzeyidir.
Kobe Dəb Muzeyi | |
---|---|
Əsası qoyulub | 1997 |
Açılış tarixi | 1997 |
Ölkə | |
Yerləşir | Koyoço Naka[d] |
34°41′17″ şm. e. 135°16′14″ ş. u.HGYO | |
fashionmuseum.jp/english/ fashionmuseum.jp | |
Vikianbarda əlaqəli mediafayllar |
Kobe şəhəri Yaponiyada "Dəb şəhəri" kimi tanınır. 1973-cü ildə şəhərdə dəb deklarasiyası qəbul edilmişdir.[1] Kobe Dəb Muzeyi Yaponiyada dəbə həsr olunmuş ilk muzeydir.[2] Muzey 1997-ci ildə açılmışdır. İnteryeri Şiqeru Uçida tərəfindən dizayn olunmuşdur.[3] Modelyer Hiroko Koşino 1 aprel 2018-ci ildə muzeyin fəxri direktoru təyin olunmuşdur.[4]
Muzey Kobe şəhərindəki Rokko adasında, "Kobe Fashion Plaza"da yerləşir. Birinci mərtəbəsində yerləşən sərgi zalında xüsusi sərgilər və kolleksiya sərgiləri yerləşir. Dördüncü mərtəbədə seminarlar və vorkşoplar keçirilir.[2] "Orbis" zalı muzeyin uçan boşqab formasında olan konsert zalıdır. 424 nəfərlik tutumu olan bu məkanda dəb şouları, konsertlər və nümayişlər keçirilir.[5] Muzeyin kolleksiyasına XVIII–XX əsrlərə aid 9000 Avropa və Amerika kostyumu, 70-dən çox ölkəyə aid etnik geyimlər, 2000 aksesuar, 1500 dəb lövhəciyi daxildir.[1]
Üçüncü mərtəbədə muzeyin kitabxanası yerləşir.[2] Kitabxanada dəb haqqında 45.000 kitab və XX əsrə aid 1100 dəb jurnalı əlçatandır. Burada "Vogue", "Harper's Bazaar", "Life" kimi xarici dəb jurnallarını oxumaq mümkündür. Kitabxananaya dəb jurnalisti Cunko Oçinin kolleksiyası daxildir. Muzeyin kolleksiyasında 1980-ci illərdən sonra Paris, London, Milan və Tokioda keçirilmiş dəb şoularını əks etdirən 3000 DVD və 1950-ci illərdən sonrakı musiqiləri ehtiva edən 3800 CD saxlanılır. Muzeydə Fransa və İtaliyadan olan 30.000 parça nümunəsi sərgilənir.[6]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.