Remove ads
From Wikipedia, the free encyclopedia
Kitab–i Diyarbəkriyyə (fars. کتاب دیاربکریه) — Uzun Həsənin əmri ilə hicri 875–ci (miladi 1470/1471–ci) ildə yazılmağa başlanılmış və onun ölümündən sonra tamamlanmış Ağqoyunlu xanədanlığının tarixi haqqında Əbubəkr Tihrani tərəfindən farsca yazılmış kitab.[1]
Həsən bəy Rumlu Əhsən ət-təvarix, Qazı Əhməd Qaffari Tarix-i cahan ara, Münəccimbaşı Əhməd Dədə Sahaiful-Əxbar, İskəndər bəy Münşi Tarix-i aləm aray-i Abbasi əsərlərində mənbə olaraq bu kitaba istinad etmişdirlər. Kitabın müasir dövrümüzə gəlib çatmış yeganə (qüsurlu)[q 1] əlyazması hicri 876–cı ilə aid olsa da Həsən bəy Rumlu bu kitaba əsaslanaraq hadisələri miladi 1474–cü ilədək təqdim etdiyindən demək olar ki, yekun əlyazma hicri 878–ci ilə qədərki hadisələrdən bəhs etmişdir.[1] Kitab həmçinin Qaraqoyunlu Cahanşah və Sultan Şahruxun ölümündən Sultan Hüseyn Bayqaranın hakimiyyətinin bərqərar olmasına qədər Teymurilər xanədanlığı haqqında qiymətli məlumatları əks etdirir.[1] Əsərdə girişdən sonra Uzun Həsəndən Adəm peyğəmbərə qədər soy ağacı verilir, daha sonra Qara Yuluq Osman bəy ilə oğul və nəvələrinə dair xəbərlər gəlir və bununla da Ağqoyunlu xanədanlığı tarixi başlayır.[2] Kitabda 1408–1419, 1424–1428, 1429–1433–cü illərə aid hadisələr demək olar ki, işıqlandırılmamış, 1441–1444 və 1446–1450–ci illərə aid hadisələr isə qısa olaraq təsvir edilmişdir.[3] Əsərin hələlik bəlli olan yeganə əlyazma nüsxəsi İraqda, Bəsrə şəhərində Məhəmməd Əmin bəy adlı bir nəfərin şəxsi kitabxanasında saxlanırmış.[1][4] Faruq Sümər 1950–ci ildən başlayaraq, əlyazmanın Ankaraya gətirilməsi üçün gərgin çalışmalarda bulunmuş və sonda öz məqsədinə çatmışdır.[4] Əlyazmanın unikallığını və mənbəşünaslıq dəyərini nəzərə alan Faruq Sümər onu Necati Lugal ilə birlikdə çapa hazırlamış, 1962–1964–cü illərdə əsərin farsca mətnini iki cilddə[q 2] geniş ön sözlə Ankarada nəşr etdirmişdir.[4] Mövcud əlyazma sondan naqis olduğu, yəni 1473–1474–cü illərdə aid hissəni ehtiva etmədiyi üçün Faruq Sümər Həsən bəy Rumlunun Əhsən ət-təvarix əsərindən həmin illərdən danışan fəsilləri əlavə kimi öz nəşrinin sonunda vermişdir.[4] Eyni kitablar həmçinin Tehranda da 1977–ci ildən vahid cild kimi çap olunmuşdur.[5] Əsər Azərbaycan Milli Elmlər Akademiyası, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Rahilə Muxtar qızı Şükürova[6] tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilmiş və 1998–ci ildə Bakıda kiril qrafikalı azərbaycan əlifbası ilə nəşr olunmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.