From Wikipedia, the free encyclopedia
Keyfiyyət xərcləri — yarana biləcək nöqsanların qarşısının alınması, keyfiyyətin qiymətləndirilməsi, istehsal prosesi zamanı və ya məhsulun müştəriyə çatdırılmasından sonra ortaya çıxan xərclərin məcmusudur. Keyfiyyət xərcləri bəzən keyfiyyətə nail olmaq üçün çəkilən xərclər, bəzən keyfiyyət şöbəsinin istifadə etdiyi büdcə, bəzən isə uyğun olmayan (qeyri qənaətbəxş) keyfiyyətin meydana gətirdiyi xərclər olaraq başa düşülür. Ancaq, müasir dövrdə idarəetmə sahəsində çalışanlar Keyfiyyət xərcləri dedikdə bir qayda olaraq keyfiyyətlə bağlı bütün xərcləri nəzərdə tutur.
İstehlakçılar fərqli özəllikləri olan məhsulları daha çox istehlak etməyə başladığı üçün, istehsalçılar da bu fərqli özəllikləri keyfiyyət vasitəsi ilə yaratmağa başlamışlar. Buna görə də, keyfiyyətlə bağlı həyata keçirilən fəaliyyətlər hər hansı məhsulun uğurlu olmasında daha çox rol oynamağa başlayıb. Firma və müəssisələr keyfiyyətlə bağlı rəqabət aparmaqla yanaşı, həmçinin keyfiyyətin xərclərə təsirini də nəzarət altında saxlamaq üçün çalışırlar. Daha yaxşı nəticə əldə etmək üçün şirkətlər büdcələrinin bir hissəsini hədəflədikləri keyfiyyət göstəricilərinə çatmaq üçün istifadə edirlər. Həmin istifadə edilən vəsaitə isə keyfiyyət xərcləri deyilir.
Keyfiyyət xərcləri bir şirkətin keyfiyyət dərəcəsini müəyyən edən ən vacib göstəricidir. Eyni zamanda keyfiyyətin idarə edilməsi prosesinin tətbiq olunması və standartlaşdırılması üçün keyfiyyətlə əlaəqdəar olaraq həyata keçirilən bütün fəaliyyətin ölçülməsi və qeydiyyatının aparılması da çox önəmlidir, çünki keyfiyyət xərclərinin ölçülməsi bu göstəricilər əsasında apara bilər.
Keyfiyyət xərcləri hesablandıqda, ən yüksək xərcin hansı sahədə və mərhələdə olduğu müəyyən edilə bilər. Eyni zamanda çox xərc tələb edən bu bölmələr analiz edilərək çatışmazlıqlar ortaya çıxarıla bilər. Bu göstəricilər həmin sahələrdəki çatışmazlıqların aradan qaldırılması üçün həyata keçirilməli olan fəaliyyətin hazırlanmasına kömək edir. Bu da, öz növbəsində məhsulun yaxşılaşdırılmasına səbəb olur.
Keyfiyyət sahəsində məşhur alimlərindən olan Cozef Curan keyfiyyətin təmin edilməsinə çəkilən xərcləri əsasən dörd kateqoriyaya bölmüşdür.
İSO 10014 standartında 1 və 2-ci kateqoriyalar uyğunluq xərcləri, 3 və 4-cü kateqoriyalar isə uyğunsuzluq xərcləri olaraq göstərilir. Uyğunluq xərcləri mövcud vəziyyətdə xətaların əvvəlcədən qarşısının alınmasında istifadə edilən maliyyə xərcləridir.
Uyğunsuzluq xərcləri isə mövcud prosesin uğursuzluğu nəticəsində ortaya çıxan xərclərdir.
Mövcud vəziyyətdə hər hansı bir problem olmadığı təqdirdə, xətaların əvvəlcədən qarşısının alınması, bütün personalın və müafiq şöbələrin normal fəaliyyətini təmin etmək üçün lazım olan metod, sistem, kadr və avadanlıqlara sərf olunan xərclərdir.
Bu xərclərə aşağıdakılar daxildir:
Mövcud keyfiyyət səviyyələrinin, keyfiyyətin tələb və standartlara uyğunluğunun ölçülməsi məqsədilə ortaya çıxan xərclərdir. İstehsal prosesindən başlayaraq satışdan sonrakı xidmətə, layihələndirmədən satınalmaya qədər keçən bütün mərhələlərdə məhsulun və ya xidmətlərin keyfiyyət tələblərinə uyğunluğunu müəyyən etmək üçün görülən hər bir ölçmə, idarəetmə və audit xərcləridir. Bu xərclərə aşağıdakılar daxildir:
Məhsul və/və ya xidmətin istehlakçıya çatanadək müəssisə daxilində ortaya çıxan xətaların səbəb olduğu xərclərdir. Bu xərclərə aşağıdakılar daxildir:
Xarici amillərin təsiri nətəcəsində yaranan xərclərə məhsul və xidmətin yaranmasının hər hansı bir mərhələsində meydana çıxan, ancaq müştəriyə çatdıqdan sonra fərqinə varılan xərclər aid edilir. Bu tip halların qarşısının alınması ilə bağlı həyata keçirilən fəaliyyətin düzgün qurulduğu müəssələrdə bu cür xərclərin də həcmi az olur. Məhsullardakı nöqsanın müştərinin onu əldən etməsindən sonra üzə çıxması maddi ziyanla yanaşı, həmkinin brend dəyərinin aşağı düşməsinə də səbəb olur. Buna görə də, bir çox müəssisə xarici amillərin təsiri nəticəsində məhsulan ziyan dəyməməsi üçün çalışır. Bu tip halların öncədən qarşısının alınması çəkilən xərclər ümumi xərcləri artırsa da, sonda müştəri mənuniyyətinin və loyallığının artmasına səbəb olur və satış həcminin azalmasının qarşısını alır. Bu tip xərclərə aşağıdakıları aid etmək olar:
Keyfiyyətsiz məhsula görə cəzalar;
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.