türk siyasətçi From Wikipedia, the free encyclopedia
Kamal Kılıçdaroğlu (türk. Kemal Kılıçdaroğlu; 17 dekabr 1948[1], Nazimiyə[d], Türkiyə) — Türk siyasətçi və keçmiş dövlət məmuru. Cümhuriyyət Xalq Partiyasının sədri və Türkiyə Ana Müxalifət lideri (2010-cu ildən). Türkiyə Böyük Millət Məclisinin 22, 23, 24, 25, 26 və 27-ci çağırış millət vəkili, Türkiyədə prezidentliyə sabiq namizəd (2023).
Kamal Kılıçdaroğlu | |
---|---|
türk. Kemal Kılıçdaroğlu | |
7 iyul 2018 – 14 may 2023 | |
18 noyabr 2002 – 14 may 2023 | |
Türkiyə ana müxalifət lideri[d] | |
22 mart 2010 – 5 noyabr 2023 | |
Əvvəlki | Dəniz Baykal |
Sonrakı | Özgür Özəl |
22 mart 2010 – 5 noyabr 2023 | |
Əvvəlki | Dəniz Baykal |
Sonrakı | Özgür Özəl |
21 avqust 2012 – 13 dekabr 2014 | |
Şəxsi məlumatlar | |
Doğum adı | Kemal Karabulut |
Doğum tarixi | 17 dekabr 1948[1] (76 yaş) |
Doğum yeri | |
Partiya |
|
Təhsili | |
Fəaliyyəti | iqtisadçı, siyasətçi, bürokrat |
Uşağı | 3 |
Dini | Ələvilik[3] |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət, siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
1971-ci ildə əmək fəaliyyətinə Türkiyə Maliyyə Nazirliyində mühasib köməkçisi kimi başlamışdır. 1983-cü ildə Gəlirlər Baş İdarəsinə şöbə müdiri təyin edilmiş, burada idarə rəisinin müavini vəzifəsinə qədər yüksəlmişdir. Daha sonra sosial sığorta sahəsində işləmiş, Hacəttəpə Universitetində müəllim, İş Bankında idarə heyətinin üzvü olmuşdur.[4]
1999-cu ildən başlayaraq bir müddət Demokratik Sol Partiya ilə əməkdaşlıq etmişdir. 2002 və 2007-ci illərdə İstanbuldan Cümhuriyyət Xalq Partiyası siyahısı ilə Türkiyə Böyük Millət Məclisinin millət vəkili seçilir.
2007-ci ildən o, həmçinin Türkiyə Böyük Millət Məclisində Dəniz Baykalla birlikdə CXP fraksiyasının həmsədri olmuş və bu vəzifəni 17 may 2010-cu il tarixinə qədər icra etmişdir.
2009-cu ildə Cümhuriyyət Xalq Partiyasından İstanbul bələdiyyə sədrliyinə namizəd olmuş, 36,80 % səs toplasa da, kiçik səs fərqi ilə məğlub olmuşdur.
Kılıçdaroğlu Türkiyə hökumətinin Suriyanın daxili işlərinə qarışmasını tənqid edib.[5] O, həmçinin Suriyalı qaçqınların Türkiyə büdcəsinə qoyduğu iqtisadi yükü və onların öz ölkələrinə qayıtmaq istəklərini əsas gətirərək Türkiyədən deportasiyalarını açıq şəkildə dəstəkləmişdir.[6]
Kılıçdaroğlu Türkiyənin Azərbaycana dəstək siyasətini alqışlayır. O, Azərbaycanın Qarabağ münaqişəsində mövqeyinin beynəlxalq hüquqa uyğun olduğunu bəyan edib.[7]
6 mart 2023-cü ildə Millət İttifaqı tərəfindən 2023-cü ildə keçiriləcək prezident seçkilərində Türkiyə prezidentliyinə namizəd kimi təsdiq edildi.[8] Seçkilərdə rəqibi Ərdoğana məğlub olmuşdur.[9]
Kılıçdaroğlunun ailəsi Xorasanın ələvi qəbilələrindən biri Kureyşan qəbiləsinə mənsubdur. O, özü iddia edir ki, onun əcdadları Bozok tayfa ittifaqına daxil olan Oğuz soyundan olan Bəydillidəndir. Özünü həm də seyid hesab edir.[10] Səlvi Kılıçdaroğlu ilə evlidir, üç övladı var.
Kılıçdaroğlu həmçinin onun erməni əsilli olması iddiasını tamamilə rədd edir. Hətta 2011-ci ildə onun anasının erməni olduğunu iddia edən yazıçı yazmış olduğu qeydlərə görə Kılıçdaroğlu tərəfindən məhkəməyə verilmişdir. Kılıçdaroğlunun vəkili Mutluxan Qaragözoğlunun Türkiyə Baş Prokurorluğuna təqdim etdiyi vəsatətdə Süleyman Yeşilyurtun "Dersim Erməni Yemuş Xanımın oğlu Çarkçı Kamal" adlı kitabından bəhs edilir. Anasının erməni əsilli olması ilə bağlı böhtan və erməni etnik mənsubiyyətindən istifadə edilərək ona qarşı kompaniya aparmağa çalışıldığı, seçkilərdən əvvəl böhtan atıldığı bildirilib. İddianamədə qeyd edilirdi ki, Kılıçdaroğlunun anasının erməni əsilli olması iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil[11]. Lakin İnsan hüquq və azadlıqların müdafiəsi üzrə Avropa konvensiyasının 10-cu maddəsində nəzərdə tutulan fikir və hadisələri ifadə və yayma azadlığının olduğu əsas tutularaq məhkəmə bu iddianaməni rədd etdi.[11][12] Qeyd edilirdi ki, siyasi və ictimai xadimlər təqsirli bilinən insanlara qarşı tənqidi baxımdan çevik yanaşma nümayiş etdirməlidirlər.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.