From Wikipedia, the free encyclopedia
Kamal Həsən oğlu Camalov (5 dekabr 1973, Qıvraq, İliç rayonu) — yazıçı, pedaqogika elmləri doktoru, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
Kamal Camalov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1973 (50 yaş) |
Doğum yeri | |
Təhsili | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | pedaqogika |
Elmi dərəcəsi | dosent |
Elmi adı | pedaqogika elmləri doktoru |
Kamal Camalov 5 dekabr 1973-cü ildə Naxçıvan MSSR-in Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Humanitar fakültəsinin dil-ədəbiyyat ixtisası üzrə məzunudur. Təhsil aldığı illərdə "Abbas Zamanov adına təqaüd"ə layiq görülmüşdür. Universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında müəllim, 2001-ci ildən isə baş müəllim kimi fəaliyyət göstərmişdir. Bundan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına (qiyabi şöbəsinə) daxil olmuş ("Ümumi pedaqogika, pedaqogika və təhsilin tarixi" ixtisası üzrə) və 2004-cü ildə "Hüseyn Cavidin pedaqoji ideyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 1999–2010-cu illərdə Naxçıvan Dövlət Universiteti "Gənc Alimlər Şurası"nın sədri vəzifəsini daşımışdır. 2009-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan Respublikasının Əməkdar müəllimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 10 yanvar 2012-ci il tarixli (protokol № 01–k) qərarı ilə ona dosent elmi adı vermişdir. Alimin dərslik, dərs vəsaiti və monoqrafiyasına 50-dən artıq elmlər doktoru və professorlar elmi jurnallarda və qəzetlərdə resenzet rəyləri yazılmışdır. 500-dən artıq elmi-pedaqoji məqalənin müəllifidir. Əsərləri ABŞ, İsveç, Makedoniya, Türkiyə, Kuba, Hollandiya, İran, Özbəkistan, Rusiya və Gürcüstanda nəşr olunmuşdur. Rusiya Federasiyası və Türkiyə Respublikasında keçirilən Beynəlxalq konfrans və Beynəlxalq simpoziumlarda Azərbaycanı təmsil etmiş, sertifikatlara layiq görülmüşdür. 2010-cu ildən Naxçıvan Dövlət Universiteti Elmi Şurasının üzvüdür. Naxçıvan Muxtar Respublikası dördüncü çağırış Ali Məclisinin deputatı seçilmişdir. 2015-ci ildə Naxçıvan Müəllimlər İnstitutunun Elmi Şurası tərəfindən "İlin alimi" adına layiq görülmüşdür. 2018-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Müdafiə Şurasında "Azərbaycan məktəb və pedaqoji fikrinin inkişafı tarixində "Molla Nəsrəddin" jurnalının və mollanəsrəddinçilər hərəkatının yeri və əhəmiyyəti" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və pedaqogika elmləri doktoru elmi adına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir, 3 övladı var.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.