Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya From Wikipedia, the free encyclopedia
Konstitusiyalı Demokratiya Partiyası (rus. Конституционно-демократическая партия, translit. Konstitutsionno-demokratiçeskaya partiya; K-D), həmçinin Konstitusiyalı Demokratlar və formal olaraq Xalq Azadlığı Partiyası — Rusiya imperiyasında mərkəzçi, liberal siyasi partiya. Partiya Qərbin konstitusiyalı monarxiya ideyalarını təbliğ edir və mötədil mühafizəkarlar ilə mötədil sosialistlərdən dəstək görmüşdür.[2][3] Partiya üzvlərinə partiya adının K-D abbreviaturası əsasında kadetlər deyirdilər. Partiya platformasının nəzəri əsasını Konstantin Kavelin və Boris Çiçerinin yazıları təşkil edir. Tarixçi Pavel Milyukov partiyanın möcud olduğu müddətdə onun sədri idi.
Konstitusiyalı Demokratiya Partiyası Конституционно-демократическая партия | |
---|---|
| |
Sədri | Pavel Milyukov |
Qurucu | |
Lideri | Pavel Milyukov |
Quruluş tarixi | 18 (31) oktyabr 1905 |
Dağılma tarixi | 28 noyabr (11 dekabr) 1917 |
Baş qərargah | Sankt-Peterburq, Rusiya |
İdeologiya |
Konstitusionalizm Konstitusiyalı monarxiyaçılıq Liberal demokratiya Parlamentarizm Siyasi plüralizm Sosial liberalizm[1] |
İdeoloji spektr | mərkəzçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Kadetlərə verilən dəstəyin əsasını ilk növbədə ziyalılar və işçilər təşkil edirdi. Partiyada universitet professorları və hüquqşünaslar xüsusilə önəmli yerə sahib idi.[4] Bir çox kadet partiya üzvləri zemstvo veteranları idi.[5] Konstitusiyalı Demokratiya Partiyası bir neçə liberal qrupun birləşməsi nəticəsində yaranmışdır. Bunlar Qurtuluş Birliyi, Zemstvo Konstitusiyaçılar Birliyi və Birliklər Birliyi idi. Bundan əlavə, müəllimlər, hüquqşünaslar, yazıçılar, həkimlər və mühəndislər də daxil olmaqla burjua işçiləri və ziyalılar partiyanın bir hissəsi idi.[6][7]
Kadetlərin liberal iqtisadi proqramı işçilərə 8 saatlıq iş günü və tətil hüququnu dəstəkləyirdi.[8] Kadetlər "Rusiyadakı bütün milli azlıqların tam vətəndaşlığına sadiq idilər". Partiya yəhudilərdən[9] və Volqa almanlarından əhəmiyyətli dəstək almışdır.[10][11]
Konstitusiyalı Demokratiya Partiyasının Bakı şöbəsi 1905-ci ilin dekabrında Moskvada təsis qurultayından iki ay sonra fəaliyyətə başlamışdı. Şöbənin təsis iclası isə 1906 il yanvarın 7-də keçirilmişdi. İclasda B.L.Baykov Bakı şöbəsinin sədri seçildi. Şöbənin bürosuna isə M.F.Podşibyakin, Stanislav Vonsoviç, İ.Miroslavski, A.M.Feyql, Əlimərdan bəy Topçubaşov, İ.Hacınski, K.İ.Xatisov, Stepan Taqianosov, M.Q.Alibeqov, F.F.Skrepinski daxil oldular. Büroya namizədlər sırasında İ.Səfərəliyev, İ.Hacıyev, S.Şifrin, Fridlandın adları çəkilirdi.
Partiyanın Bakı şöbəsi Moskva və Peterburq kadetlərinin proqramını qəbul etmişdilər. Sosial və milli tərkibinə görə Bakı şöbəsi, demək olar ki, bütün millətlərin yuxarı və orta təbəqələrini əhatə edirdi. Rusiyalı həmkarlarından fərqli olaraq, Bakı kadetləri öz məqalələrində Qafqaz xalqlarına muxtariyyət verilməsi tələbi ilə çıxış edirdilər. Belə tələblərlə çıxış edən Stanislav Vonsoviç, M.F.Podşibyakin, Ü.Turski muxtariyyət tələbini onunla əsaslandırırdılar ki, Rusiyadan fərqli olaraq, Qafqazda özünüidarəetmə orqanları hələ də yaradılmayıb və belə bir şəraitdə yeganə çıxış yolu Qafqaz xalqlarının çoxdan arzuladığı muxtariyyət üsuli-idarəsinin tətbiq edilməsidir.
1906-cı ildə 1-ci Duma seçkiləri kampaniyasına da nüxtəlif millətlərin nümayəndələrini öz seçiciləri sırasma cəlb etmək məqsədilə Bakı kadetləri müraciətnamə yaymışdı. Müraciətnamədə kadetlərin liberal proqramına Rusiyada yaşayan çoxsaylı xalqların vəziyyətinin dəyişdirilməsi, xüsusilə onların öz doğma dillərində yazıb oxumaq və özünüidarəetmə orqanlarına malik olmaq hüquqları barədə bəndlər də salınmışdı. Bəyannamələrə baxmayaraq, Bakı şöbəsinin namizəd siyahılarına azərbaycanlılar daxil olunmamışdı və onlar seçkilərdə müstəqil namizədlər kimi iştirak edirdilər. 1906-cı il mayın 3-də onların namizədlərindən biri - S.S.Yakovlev naməlum şəxslər tərəfindən öldürüldü. Kadetlər seçki təbliğatlarının dayandırılması barədə qəzetdə elan verdilər və bu qərarın səbəbini onların toxunulmazlığına təminat olmaması ilə izah etdilər.
1912-ci ildə 4-cü Dumaya seçkilər vaxtı kadetlər həmin il Rusiyada yaradılan Tərəqqi partiyasının nümayəndələri qismində fəal seçkiqabağı kampaniyaya başladılar. Seçkilər ərəfəsində kadet partiyasının üzvləri Milyukov, Şinqaryov, Rodiçev təbliğat kampaniyası aparmaq üçün Bakıya gəlmişdilər.
1915-ci il avqustun 9-da Dövlət Dumasında kadetlərin, tərəqqiçilərin və oktyabrist partiyalarının iştirakı ilə "Tərəqqipərvər blok" yarandı. Blokun əsas tələbi Birinci dünya müharibəsində tənəzzülə uğrayan Rusiyada dumaya hesabat verən "ictimai etimad hökumətinin" yaradılması idi. Bakı kadetləri də "Kaspi" və "Bakı" qəzetlərinin səhifələrində bu bloku dəstəkləyir və "cavabdeh hökumət" haqqında tələblər irəli sürürdülər. Fevral inqilabı nəticəsində Rusiyada çar mütlə-qiyyəti devrildikdən sonra, kadetlər iqtidar partiyasına çevrildilər. Bu dövrdə partiyanın Bakı şöbəsi öz fəaliyyətini bərpa etdi. Kadetlərin bir qismi (A.Leontoviç, K.İretski) Müvəqqəti hökumətin Bakıda təmsilçisi olan İctimai Təşkilatlann İcraiyyə Komitəsinin üzvü oldu. Digərləri isə Xalq Azadlıq Partiyasının təşkilat komitəsini yaratdılar. Həmin komitəyə, bəzi mənbələrə görə, keçmiş partiya üzvləri -- B.L.Baykov, X.A.Vermişev, M.Q.Alibeqov, M.F.Podşibyakin, Fridland, P.M.KaraMurza ilə yanaşı Fətəli xan Xoyski də üzv seçilmişdi.
Kadetlərin nümayəndələri, həmçinin, o dövrdə Qafqazı idarə edən Xüsusi Zaqafqaziya Komitəsinin əsas tərkib hissəsini təşkil edirdilər. Oktyabr çevrilişindən sonra Rusiyada hakimiyyətə gələn bolşeviklər kadetlər partiyasını qadağan etdilər. Bakı şöbəsinin bəzi üzviəri Rus Milli Şurasının tərkibinə daxil oldu, bəziləri isə mühacirətə getdi. 1918-ci ilin noyabrında Bakıya daxil olmuş ingilis qoşunlarının komandanı general Tomson Rus Milli Şurasının üzvləri M.Podşibyakini, Y.Smirnovu, B.Baykovu və A.Leontoviçi qəbul edərkən onlar Azərbaycan hökumətinə daxil olmaq barədə ingilislərin təklifıni rədd etmişdilər. Onlar Azərbaycanın öz milli müqəddəratını təyin etməsinin əleyhinə çıxır və onu yalnız Rusiyanın tərkibində görmək istəyirdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyəti öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar edəndən sonra Rus Milli Şurası mövcud vəziyyətlə barışmalı oldu. Onun bəzi üzvləri Parlamentdə yaradılmış Slavyan-Rus və Milli azlıqlar fraksiyasına daxil oldular.[12]
İl | Partiya sədri | Nəticə | Status | |||
---|---|---|---|---|---|---|
Səslər | Faiz | Yerlər | ||||
1906 | Pavel Milyukov | Naməlum | Naməlum | 179 / 478 |
1st | Çoxluq |
1907 (yanvar) | Pavel Milyukov | Naməlum | Naməlum | 98 / 518 |
2nd | Azlıq |
1907 (oktyabr) | Pavel Milyukov | Naməlum | Naməlum | 124 / 509 |
3rd | Azlıq |
1912 | Pavel Milyukov | Naməlum | Naməlum | 59 / 509 |
4th | Azlıq |
1917 | Pavel Milyukov | 2,088,000 | 4.7% | 17 / 703 |
3rd | Azlıq |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.