From Wikipedia, the free encyclopedia
Kükü plov — Azərbaycan plovunun geniş yayılmış növlərindən biri.
5 stəkan uzun düyü, 4–5 qaşıq əridilmiş kərə yağı, 8 ədəd yumurta, 4–5 dəstə göyərti (ispanaq, turşəng, nanə, şüyüd, keşniş, kəvər və sair göyərtilər), sarıkök və ya zəfəran, duz, istiot.
Qazmaq üçün: 1 ədəd yumurta, 3 xörək qaşığı qatıq.
Düyü yuyulub suya qoyulur. Adi qaydada duzlu suda bişirilib süzülür. Qazana az yağ tökülərək əridilir, qazmaq üçün üstünə bir az düyü və çalınmış yumurta ilə qatıq qarışığını tökərək qalınlığı 1 sm olmaqla qazanın dibinə yayılır. Düyünün yarısını qazana töküb qalan yarısına sarıkök və ya zəfəran şirəsi əlavə edilərək qazana tökülür. Düyünün üzərinə yağ əlavə edilir, aş 45 dəqiqə dəmə qoyulur. Göyərtilər təmiz yuyularaq xırdı şəkldə doğranılır. Əvvəlcə tavaya yağ tökülərək əridilir. Göyərti yağa tökülür, üzərinə duz əlavə edilir və bişirilir. Yumurtanın üzərinə duz və istiot əlavə edilərək çalınır. Göyərti bişdikdə çalınmış yumurta onun üstünə tökülərək yayılır.[1]. Kükünün hər iki üzü bişirilir.(bu məqsədlə kükünü iki və ya dörd yerə bölərək çevirmək lazımdır.
Plov süfrəyə verildikdə üstünə kükü və qazmaq qoyulur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.