Azərbaycan Vikipediyaçılarının I Milli Forumu — 10 mart 2014-cü il tarixində Bakıda Park Inn otelində Vikipediya virtual ensiklopediyası Azərbaycanda: problemlər və perspektivlər adı altında keçirilmişdir.

Thumb

Forumda bu sahənin mütəxəssisləri bir araya gətirilmiş, Azərbaycan Vikipediyasının mövcud durumu ətrafında fikir mübadiləsi aparılmışdır, problemlərin və onların həlli yollarının müzakirəsi də baş tutmuşdur.

Forum ölkənin Vikipediya mütəxəssisləri və istifadəçiləri, ziyalılar və elm adamları, internet ictimaiyyətinin fəalları, ictimai sferanın nümayəndələrinin iştirakı ilə baş tutmuşdur.

Forumun proqramı 2 paneldən ibarət olmuşdur.

Panel 1: Azərbaycandilli Vikipediyanın inkişaf dinamikası.

Spikerlər.
  • Aydın Mirzəzadə (Millət vəkili, Vikipediya inzibatçısı)
  • Hamlet İsaxanlı (Xəzər Universitetinin rektoru)
  • İradə Ələkbərova (Vikipediya inzibatçısı)
  • Rasim Mahmudov (Sosial Media eksperti)
  • Moderator: Rauf Mərdiyev ("İrəli" İctimai Birliyinin sədri)

Panel 2: Azərbaycandilli Vikipediyada mövcud problemlər və onların həlli yolları.

  • Orxan Quliyev (Vikipediya inzibatçısı)
  • Rəşad Əliyev (Xəzər Universiteti İT Məktəbinin rəhbəri)
  • Fərid Sadıxlı ("ASAN könüllüləri" gənclər təşkilatının sədri)
  • Wertuose (Vikipediya inzibatçısı)
  • Moderator: İradə Ələkbərova (Vikipediya inzibatçısı)

Eyni zamanda, forum müddətində Vikipediyanın inkişafı istiqamətində əsaslı addımlar atılması üçün fəaliyyət planının və Azərbaycanda Vikipediyanın inkişafını təmin etmək üçün təkliflər paketi hazırlanmışdır.

Vikipediya dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Burada 287 dildə 30 milyondan çox ensiklopedik məqalə cəmlənmişdir. Azərbaycan dilli Vikipediyada isə hal-hazırda 198.946 məqalə var.

Xarici keçidlər

YouTube

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.