From Wikipedia, the free encyclopedia
I Bahadır Gəray — Krım xanı. I Səlamət Gərayın oğludur. Atasının Krım xanı olaraq təyin edilməsindən sonra adəti üzrə Osmanlı İmperiyasına girov olaraq Yanboluya göndərildi.
I Bahadır Gəray | |
---|---|
1637 – 1641 | |
Əvvəlki | İnayət Gəray |
Sonrakı | IV Məhəmməd Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1602 |
Vəfat tarixi | 1641 |
Vəfat yeri | |
Vəfat səbəbi | taun |
Dəfn yeri | Bağçasaray |
Fəaliyyəti | şair |
Atası | I Səlamət Gəray |
Həyat yoldaşı | Hanzade Xanım |
Uşağı | |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
4 iyun 1637-ci ildə Krım xanı İnayət Gərayın edam edilməsindən sonra Osmanlı sultanı IV Murad tərəfindən 7 iyun 1637-ci ildə Krım xanı olaraq təyin edildi. Hökmdarlığının ilk illərində noqayların Mansuroğlu qəbiləsi ilə mübarizə aparmışdır. Bu mübarzə nəticənsində onların çoxunu öldürmüşdür. 1637-ci ildə Don kazakları tərəfindən ələ keçirilən Azov qalasını geri almaq üçün 1638-ci ildə Osmanlı ordusu ilə birgə etdiyi hücum müvəfqiyyətsizliklə nəticələndi. Xanlığı dövründə ruslar və polşalılarla münasibətləri nisbətən müharibəsiz idi. Xırda basqınlar edilsə də, ciddi qarşıdurma olmadı.
IV Murad 1639-cu ildə Bağdadı yenidən ələ keçirib İstanbula qayıtdıqdan sonra Azov qalasını yenidən almaq məsələsini gündəmə gətirdi. Bundan sonra yürüş hazırlıqlarına başladı və 8 aprel 1641-ci ildə Osmanlı qüvvələri ilə qalanın mühasirəsinə qoşuldu. Qalanın mühasirəyə alınması üçün kifayət qədər silah-sursatın olmaması, iqlim şəraitinin pisləşməsi, eləcə də serdar Dəli Hüseyin Paşa və kapitanı Derya Siyavuş Paşa ilə yaşadıı problemlər səbəbindən məqsədlrinə çata bilməyən Osmanlı qoşunu oktyabr ayında qaladan çəkildi. Mühasirə zamanı xəstələnən Bahadır Gəray Evpatoriyaya gəldikdən br müddət sonra noyabr ayında vəfat edir.[1]
Bahadır Gəray poeziya ilə də maraqlanırdı. Rezmi təxəllüsündən istifadə edən Bahadır Gəray xanın bir çox şeiri var idi.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.