Humay Əfəndiyeva

From Wikipedia, the free encyclopedia

Humay Elçin qızı ƏfəndiyevaAzərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2021—h.h).

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Humay Əfəndiyeva
Humay Elçin qızı Əfəndiyeva
Vəzifədədir
1 fevral 2021-ciildən
Şəxsi məlumatlar
Doğum tarixi 7 dekabr 1975(1975-12-07) (49 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti hakim, hüquqşünas
Atası Elçin Əfəndiyev
Elmi fəaliyyəti
Elm sahəsi Hüquqşünas
Elmi dərəcəsi Hüquq üzrə fəlsəfə doktoru

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı  — 2011 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı  — 2024
Bağla

Həyatı

Humay Elçin qızı Əfəndiyeva 7 dekabr 1975-ci ildə, Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə Bakı şəhəri 190 nömrəli orta məktəbi bitirmişdir.

1997-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər fakültəsini (əyani) və Qərb Universitetinin Sosial siyasi inzibatçılıq fakültəsini (qiyabi) bitirmişdir.

1997-ci ildən 2000-ci ilə qədər BMT-nin İnkişaf proqramının "Gender İnkişafda" təşkilatında ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsində işləmişdir.

2001-ci ildən 2021-ci ilə qədər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatında sədr müavinin köməkçisi, sədr müavinin baş məsləhətçisi, Aparatın baş məsləhətçisi, Beynəlxalq hüquqbeynəlxalq münasibətlər şöbəsinin müdir müavini, Cinayət və inzibati hüquq şöbəsinin müdiri vəzifələrində işləmişdir.

25 iyun 2011-ci il tarixdə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.[1]

Azərbaycan Respublikası Prezidentinin 10 iyul 2018-ci il tarixli 322 saylı Sərəncamına əsasən 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

01 fevral 2021-ci il tarixdə, Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmuşdur.[2][3]

Təltiflər

Azərbaycan Respublikası Prezidentinin 20 may 2022-ci il tarixli 3268 saylı Sərəncamı ilə "Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi" publik hüquqi şəxsin Müşahidə Şurasının üzvü təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

Valideynləri

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.