From Wikipedia, the free encyclopedia
Hidrobiont — suda yaşayan orqanizm. Su mühitinin sıxlığı hava mühitinə nisbətən orta hesabla 800 dəfə çox olur. Suyun sıxlığından asılı olaraq heyvanların suda hərəkəti təkmilləşmişdir. Paleontoloji materiallara əsasən Yer səthində həyatın inkişafı ilk dəfə suda başlamışdır. Lakin su şəraitində heyvanların proqressiv inkişafı balıqlar sinfindən yuxarı gedə bilməmişdir. İlk su heyvanları içərisində onurğalı heyvanların ali qruplarının olmaması, əsasən suda havaya nisbətən həll olmuş oksikenin 30 dəfə az olması ilə izah edilir. Əcdadı suda yaşamış quruda yaşayan ali heyvan siniflərinin bəzi nümayəndələri təkamül prosesi zamanı ikinci dəfə su həyatına keçmişlər. Bu çür ikinci su heyvanlarına pərayaqlılar, balinalar, sirenlər, bəzi sürünənlər, böcəklər, taxtabitilər, ağciyərlə tənəffüs edən bəzi molyusklar daxildir. Onlarda oksikenlə tənəffüsetmə xüsusiyyəti qalmışdır.
Təkamül prosesində su mühitində yaşayan orqanizmlər bir-birindən bir sıra əlamətlərilə fərqlənən üç əsas ekoloji mühitdə (plankton, bentos, neyston) yaşamağa uyğunlaşmışlar. Bu qruplaşmaların əsasını müxtəlif sistematik qruplara mənsub olan orqanizmlər təşkil edir. Plankton qruplaşma su qatlarında, bentik qruplaşma su hövzəsinin dibini örtən torpaqda - bərk substratda, neyston qruplaşma isə su-hava sərhəddində yaşayan orqanizmləri əhatə edir. Hidrobiontların bu həyat formalarının daxilində bir sıra daha da xüsusiləşmiş kiçik qruplaşmalar əmələ gəlir. Pelagial həyat formaları plankton və nekton qruplaşmalara, bərk substratda formalaşan həyat qrupları bentos və perifiton, suyun səthi gərilmə pərdəsindəki həyat formaları isə neyston və pleyston kimi qruplaşmalara ayrılır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.