From Wikipedia, the free encyclopedia
Hidetoşi Tanaka (田中英壽, Tanaka Hidetoşi?, 6 dekabr 1946, Aomori – 13 yanvar 2024) – Nihon Universitetinin şura sədri və həvəskar sumoçu. 2013–2017-ci illərdə Yaponiya Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.[1]
Hidetoşi Tanaka 1946-cı ildə Yaponiyanın Aomori prefekturasında doğulmuşdur.[1] 1965-ci ildə Nihon Universitetində təhsil almağa başlamış və 1969-cu ildə iqtisadiyyat fakültəsindən məzun olduqdan[2] sonra universitetdə işləməyə başlamışdır.[1] 1999-cu ildə Nihon Universitetinin şura üzvü, 2008-ci ildə isə şuranın sədri olmuşdur.[1]
Tanaka həyatının son dövrlərində vergidən yayınma skandalına görə gündəmə gəlmiş, 2021-ci ildə bu səbəbdən saxlanılmışdır. Skandaldan sonra sədr vəzifəsindən istefa etmişdir. Tokio Rayon Məhkəməsi ona bir illik şərti məhkumluq cəzası vermiş və 52 milyon yenlik gəlir vergisindən yayındığına görə 13 milyon cərimə cəzası təyin etmişdir.[1] O, 118,2 milyon yenlik gəliri gizlətməklə ittiham olunmuşdu.[3]
Tanaka 1983-cü ildə Nihon Universitetin sumo klubunun direktoru olmuş və bir çox sumoçu yetişdirmişdir.[1] O, Beynəlxalq Sumo Federasiyasının prezidenti, eləcə də, Yaponiya Sumo Assosiasiyasının vitse-prezident, daha sonra prezidenti olmuşdur.[2]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.