From Wikipedia, the free encyclopedia
Heydər Gəray (bilinmir – 1487) — Krım xanlığının və Gəraylar sülaləsinin banisi Hacı Gərayın böyük oğlu. Müxtəlif vaxtlarda 2 dəfə Krım taxtı uğrunda ayaqlanmış, bu səbəblə tarixi mənbələrdə xan olaraq qeyd edilmir.
Heydər Gəray | |
---|---|
1456 – 1456 (2 ay) | |
Əvvəlki | I Hacı Gəray |
Sonrakı | I Hacı Gəray |
mart – dekabr 1475 | |
Əvvəlki | I Məngli Gəray |
Sonrakı | Nurdövlət Gəray |
Şəxsi məlumatlar | |
Doğum tarixi | bilinmir |
Vəfat tarixi | 1487 |
Fəaliyyəti | suveren[d] |
Atası | I Hacı Gəray[1][2] |
Ailəsi | Gəraylar |
Dini | sünni islam |
Heydər Gəray xanlığın və ailənin banisi Hacı Gərayın ən böyük oğlu idi. Anasının kim olduğu bilinmir. Doğum tarixi və gənclik illəri barədə məlumat yoxdur. Ancaq atası Hacı Gəray xan olduqca sərt daxili siyasət yeridirdi. Bu səbəblə yerli əyanları özündən narazı salmışdı. Digər yandan Osmanlılarla ittifaq quraraq Kəfə qalasını mühasirəyə almış, qalanı ala bilməsə də genuyalıları vergi verməyə məcbur etmişdi.
Məhz bu hadisədən 2 il sonra 1456-cı ildə Heydər Gəray genuyalıların və yerli əsilzadələrin dəstəyini alaraq atasına qarşı ayaqlandı və taxt mübarizəsinə başladı. Xarici dəstəyə baxmayaraq bu mübarizəsi cəmi 2 ay davam etdi və ələ keçirilərək Sudak qalasına həbs edildi.
Atasının vəfatından sonra qardaşları Nurdövlət və Məngli Gəray arasında taxt mübarizəsi başladı. Ancaq 1475-ci ilin martında yerli əyanlar Məngli Gərayı devirdi və həbs tutulan Heydər Gəray Krım taxtına oturdu. Taxta keçdikdən sonra Şirin qəbiləsindən Əminək bəylə birlikdə Litva knyazlığına məxsus bəzi qalalara hücum etdi ancaq müvəffəqiyyət qazana bilmədi.
Heydər Gərayın ikinci səltənəti də uzun çəkmədi. Həmin ilin sonunda Osmanlılar Krımın cənub bölgələrini ələ keçirdilər və burada həbs tutulan Nurdövlət Gərayı azad edərək yenidən Krım xanı təyin etdilər. İki qardaşın münasibətləri yaxşı olmasa da, Heydər Gəray kiçik qardaşına tabe olmağa məcbur oldu. Nurdövlət Gərayın üçüncü və son səltənəti olan bu dövrdə iki qardaş yerli bəylərlə mübarizəyə davam etdilər. Ancaq Osmanlı dəstəyini alan Məngli Gəraya məğlub olaraq 1479-cu ildə ölkəni tərk etdilər.
Əvvəlcə Litva knyazlığına gələn qardaşlar daha sonra Kiyevə, ardından Moskvaya üz tutdular. Burada Knyaz III İvan tərəfindən yaxşı qarşılansalar da, çox keçmədən Heydər Gəray bilinməyən bir səbəblə ölkənin şimal torpaqlarına sürgünə göndərildi. 1487-ci ildə Voloqda vilayətində Belozerski qalasında vəfat etdi.
Ailəsi və övadlarının olub-olmaması barədə məlumat yoxdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.