Remove ads
From Wikipedia, the free encyclopedia
Herat bəylərbəyliyi — Səfəvilər dövlətinə bağlı bölgələrdən biri.
Səfəvilər dövlətinin bayrağı və gerbi |
Əyalət | |||
Herat bəylərbəyliyi | |||
---|---|---|---|
|
|||
|
|||
Paytaxt | Herat | ||
Ən böyük şəhər |
Məşhəd Herat Mərv |
||
Rəsmi dilləri | Azərbaycan dili, fars dili | ||
Bəylərbəyi | |||
• 1515-1521 | Təhmasib mirzə (ilk) | ||
• 1641-1716 | Abbasqulu xan Şamlı (son) |
Bu məqalə Herat bəylərbəyliyi haqqındadır. Digər mənalar üçün Herat (dəqiqləşdirmə) səhifəsinə baxın. |
I Şah İsmayıl Səfəvinin hakimiyyəti dövründə Herat üzərində Şeybanilər sülaləsilə münasibətlər pisləşdi və buda nəticədə 1510- cu ildə döyüşlə nəticələndi və Herat fəth edildi.Xarici siyasətdə digər məsələ Osmanlı türkləri ilə münasibətlərin kəskinləşməsində özünü büruzə verdi.Belə ki, bu iki türk səltənətlərinin qarşı-qaşıya durmasını tədqiqatçılar müxtəlif cür izah edirlər lakin son tədqiqatlar göstərir ki bu heç də xarici tarixçilərin iddia etdikləri şiə-sünni qarşıdurması deyil, bunun əsas səbəbi bu regionda iqtisad-siyasi maraqların toqquşmasıdır.
1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi.
Herat Səfəvilər dövlətinin ikinci mühüm mərkəzinə çevrilir. Şah İsmayıl ın böyük оğlu Təhmasib mirzə Herat mərkəz оlmaqla Оrta Asiyaya vali təyin edilir. Şah İsmayıl 1510-cu ilin qışını yaza qədər Heratda keçirir. Bu vaxt о, elm və mədəniyyət xadimləri ilə maraqlanır, оnları ətrafına tоplayıb məclislər düzəltdirir, оnların bir qisminə Xоrasan, Bəlx, Mərv, Herat şəhərlərində yüksək vəzifələr verir, bir qismini isə Təbrizə göndərtdirir.
1510-cu ildən sonra Xorasan bəylərbəyliyi yarandı. Sonra iki yerə bölündü. Paytaxtı Məşhəd olan Xorasan bəylərbəyliyi və mərkəzi Herat olan Herat bəylərbəyliyi.
Təhmasib mirzənin lələsi Əmir xan Mosullu-Türkman Heratın hakimi oldu. Ondan sonra Abdı bəy Şamlı bəylərbəyi vəzifəsinə təyin edildi.
1521-ci ildən sonra Şamlı elinin nümayəndələri Herat əyalətinə başçılıq etdilər.
Məhəmməd Möhsün yazır ki, Şah Süleyman 7 il hərəmxanada qalıb, bircə dəfə də olsun oranı tərk etməmişdi.Şah Süleymanın dövründə Səfəvi dövlətinin “təsərrüfat və siyasi tənəzzülünün ilk əlamətləri görünməyə başlayır.Özbək xanlarının Xorasana hücumları bərpa olunur, hollandlar isə İran körfəzində Gişm adasını ələ küçirirlər”.
1587-ci ildə I Şah Abbas Səfəvi taxtına keçən zaman dövlət daxili və xarici hadisələrlə bağlı gərgin dövrünü yaşayırdı. Qərbdə Osmanlılar, şərqdə Özbəklər və daxildə Qızılbaş əmirləri arasındakı mübarizə Səfəvi dövlətini çətin vəziyyətə salmışdı. I Şah Abbasın hakimiyyətə keçməsindən az sonra Şeybani hökmdarı II Abdulla xan uzun müddətdən bəri mühasirədə saxlanılan Herat şəhərini ələ keçirdi və Xorasanın ən böyük şəhərləri olan Məşhədə doğru yürüşə başladı. II Abdulla xanın Heratı ələ keçirərək Məşhədə doğru yürüş etdiyini xəbər alan gənc Səfəvi hökmdarı ona mane olmaq üçün 1588-ci ilim aprelində Xorasana doğru yürüşə başladı. Bununla da I Şah Abbas dövründə Səfəvilərlə Özbəklər arasında mübarizə başladı [1].
C.Aydoğmuşoğlu yazır ki, I Şah Abbas özbəklərin Heratı mühasirəyə aldığını xəbər alaraq yerli hakim Əliqulu xan Şamlının özbəklərin hücumu qarşısında uzun müddət dayana bilməyəcəyini düşünərək narahat olmağa başladı. Buna görə, naibüs-səltənə Mürşüdqulu xan Ustaclıya yürüşə başlamağı söyləsə də, o, öz yerinə mövqeyinin getdikcə güclənməsindən çəkindiyi Əliqulu xanı naibüs-səltənə təyin edəcəyindən qorxduğu üçün bilərəkdən yürüşə başlamağı ləngitdi. I Şah Abbasın yardıma gedə bilməməsinin səbəbi bu dövrdə gerçək hakimiyyətin Mürşidqulu xanın nəzarətində olması və ona sadiq qüvvətli ordunun olmamasıdır. Beləliklə, Əliqulu xanın Heratdan göndərdiyi yardım tələbləri yerinə yetirilmədiyi üçün vəziyyət xeyli ağırlaşdı. 1588-ci il martın 17-də doqquz aylıq mühasirədən sonra yardımdan ümidini kəsən Herat əhalisi xəstəlik, aclıq və susuzluqdan özbəklərə təslim oldu [2].
İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Əbdülmömin xanın rəhbərliyi altında özbəklər Heratı aldıqdan sonra Əliqulu xanı və Şamlı əsgərlərini öldürüb şəhəri talan edərək qadınları və uşaqları əsir apardılar [3]. Oruc bəy Bayat Heratın müdafiəsi zamanı 6 min Səfəvi əsgərinin canlarını sevə-sevə fəda etdiyini yazır [4];[5]. İsgəndər bəy Münşi yazır ki, "özbəklər Şamlı tayfasının qız-qadınını əsir götürüb Mavərənnəhrə göndərdilər. Onlar xəzinələri ələ keçirməkdən ötrü əzəmətli Şamlı xatunlarına işgəncə verib, bu işdən bir dəqiqə də olsun əl çəkmədilər. Xeyli işgəncədən və çoxlu mal əldə etdikdən sonra onları lüt-üryan etdilər. Bu bəladan çox az adam nicat tapa bildi" [3]. Şərəf xan Bidlisi Heratda özbəklərin həyata keçirdiyi qətliamla bağlı yazırdı: "Özbəklər türklərdən, taciklərdən, kölələrdən, xaricilərdən, yerlilərdən, gənclərdən və yaşlılardan heç kimi sağ buraxmadılar" [6]. Bu qətliamdan dörd gün sonra şəhərə daxil olan Özbək hökmdarı Abdulla xan əsgərlərin qətliam və talandan əl çəkməsini tələb edərək şəhər əhalisindən və qızılbaşlardan heç kimə zərər verilməməsini əmr etmiş, Heratın idarəsini Mir Qulbaba Kukəltaşa tapşıraraq Məşhədə doğru hərəkət etdi [7]. C.Aydoğmuşoğlu yazır ki, Abdulla xan Moğol hökmdarı Əkbər şahın xanlığın ərazisinə yürüşü ilə bağlı şayiənin yayılması, I Şah Abbasın Xorasana doğru yürüşə başladığını xəbər alaraq Məşhədə hücumdan əl çəkərək Sərəxsə hücum etmiş, lakin onu ala bilməyəcəyinə əmin olduğu üçün Buxaraya geri çəkilmişdir [8]. İsgəndər bəy Münşi II Abdulla xanın Məşhədə hücumdan imtina etməsi ilə bağlı yazır: "Heratın fəthindən sonra Abdulla xan atının yürüş cilovunu müqəddəs Məşhədə tərəf yönəltdi. Mürşidqulu xanın qardaşı plan Məşhəd hakimi İbrahim xan hüsni-tədbirlə özbəklərin şərini bu il o şərif məscidin sakinlərindən uzaqlaşdırmaq məqsədilə xanın vəkillərinin üzünə ülfət və tanışlıq qapılarını açdı, xana töhfə və hədiyyələr yollayaraq belə ərz etdi: "Özbək ləşkəri uzun müddətdir ki, vətənlərindən uzaq düşmüş və Herat qalasının fəthində çox əziyyət çəkmişdir. Onlar əgər müqəddəs Məşhədin mühasirəsinə başlayarlarsa, bilsinlər ki, bu vilayət adamlarının qaladarlıq istedadları böyükdür... Bizim padşahımız artıq irsi səltənət və şahlıq taxtındadır və o, bütün qızılbaş qoşunları ilə paytaxtdan çıxıb Xorasana gəlməkdədir... Məsləhət belədir ki, onlar bu il buradan çıxıb öz səltənət paytaxtlarına getsinlər və bizə möhlət versinlər və gələn il əgər bizim padşahımız Xorasanda olarsa, onlar öz dövlətlərinin məsləhətinə uyğun hərəkət etsinlər. Buna görə də ali qoşununuzun buraya yürüşə ehtiyacı yoxdur. Qoy özbək əmirlərindən kimi istəsələr göndərsinlər və biz məmləkəti onlara verib öz yolumuzla gedək". Bu sözlər Abdulla xanın beyninə batdı. Çünki hümayun ordunun buraya yürüş xəbəri də gəlib ona çatmışdı. O, məsləhətləşmələrdən sonra qayıtmağı məsləhət bilərək, müqəddəs Məşhədin mühasirəsindən əl çəkdi, göndərilən peşkəşlərlə kifayətlənib qayıdış təbilini çaldı, Sərəxsə yollandı [9].
1588-ci il aprelin 9-da Səfəvi hökmdarı I Şah Abbas Mürşidqulu xanın Xorasan hadisələri ilə bağlı lazımi hazırlığından sonra Xorasan yürüşünə başladı. Mazandaran hakiminin üsyanı ilə bağlı bir müddət Tehranda dayanan I Şah Abbas Firuzkuh yolu ilə Damğana gəldi [18,192]. Səfəvi hökmdarı Damğanda olan zaman Osmanlılarla sülh şərtlərinə razılıq verdi. Çünki o, iki cəbhədə müharibə aparmağın çətin olacağını bilirdi. Lakin Mürşidqulu xan sülhə tərəfdar olmasına baxmayaraq, Osmanlı elçisi Çaşnigirbaşı Vəli Ağanı Qəzvində bir müddət saxladığı üçün sülh bağlamaq mümkün olmadı. Mürşidqulu xanın bu hərəkəti Səfəvi dövlətinin daha çox ərazi itirməsinə səbəb oldu. 1588-ci il avqustun 3-də I Şah Abbas Damğandan Məşhədə doğru irəliləyərkən Bistam adlı yerdə vəkili Mürşidqulu xanı öldürtdü [10].
I Şah Abbas Məşhədə çatan zaman II Abdulla xan şəhəri tərk etmişdi. Səfəvi hökmdarı İmam Rza türbəsini ziyarət etdikdən sonra Heratda özbəklərin vəziyyətini öyrənmək üçün noyabr ayına kimi Məşhəddə qaldı. O, Ümmət xanı Məşhəd valisi təyin edərək Herata doğru hərəkət etdi. Lakin Bend-i Ferimana yetişən zaman Fərhad paşanın Gəncəni ələ keçirdiyini və Cığaloğlu Sinan paşanın rəhbərliyi altında Osmanlı ordusunun Həmədan və Nihavəndə doğru irəlilədiyini xəbər aldı. Özbək ordusunun sayca çox olması, ərzaq çatışmamazlığı 1589-cu ilin martında I Şah Abbasın Heratın mühasirəsini dayandıraraq Qəzvinə dönməsinə səbəb oldu [11].
C.Aydoğmuşoğlu İsgəndər bəy Münşinin verdiyi məlumata əsaslanaraq yazır ki, h. 998-ci (m. 1589/1590) ildə özbəklər Xorasana yenidən yürüş etdilər. Səfəvi şahının Osmanlılarla müharibə aparması, Məşhəddəki Səfəvi əmirləri arasındakı çəkişmələr, qızılbaşların döyüşdəki uğursuzluğu özbəklərin hücumu üçün əlverişli imkan yaratdı. II Abdulla xanın oğlu Əbdülmömin xan, Din Məhəmməd Sultan və Herat hakimi Mir Qulbab Kukəltaş bütün Xorasanı ələ keçirmək üçün yürüşə başladılar. Onlar öncə Nişapuru mühasirəyə aldılar. Lakin mühasirə altında olan Nişapur hakimi Mahmud xan Sufi oğlu əsir düşən özbəklərlə onların şəhər xaricindəki mötəbər qohumlarına bir qədər peşkəş yollayıb, onlara bildirdi ki, Nişapur müqəddəs Məşhədin tabeliyindədir. Siz əgər müqəddəs yeri hərb yolu ilə tuta bilsəniz, biz bu vilayəti müharibəsiz sizə verərik. Əbdülmömin xan bu xəbəri eşidərək Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə hərəkət etdi [12].. 1589-cu il aprelin 18-də Məşhədi mühasirəyə alan özbəklərə müqavimət göstərən Ümmət xan Ustaclı yaranmış vəziyyətlə bağlı I Şah Abbasa məlumat verdi. I Şah Abbas sentyabrın 2-də Qəzvindən Məşhədə doğru hərəkət etsə də, Tehranda xəstələndiyi üçün bir müddət Reydə dayanmalı oldu. Bu müddət ərzində Ümmət xan Məşhədi cəsarətlə müdafiə etdi. Lakin 1589-cu il sentyabrın 30-da beş aylıq mühasirə zamanı ərzağın çatışmaması, köməyin gəlməməsindən ümidsiz qalan şəhər müdafiəçiləri təslim oldular. Özbəklər şəhər qalasındakı türkləri qılıncdan keçirdilər. Vali Ümmət xan və yaxın ətrafı müqəddəs İmam Rza türbəsinə sığındı. Lakin Əbdülmömin xan və Yetim Sultan kimi tanınan Din Məhəmməd Sultan türbədəki hər kəsi - seyidləri, din xadimlərini və xalqı bayıra çıxardaraq qılıncdan keçirdi. Mənbələr 2-3 min nəfərin öldürüldüyünü qeyd edir. Hətta Əbdülmömin xanın əsgərləri, uşaqları öldürməkdən belə çəkinmədilər. Türbədəki qiymətli əşyalar tamamilə qarət olundu. Özbəklər Məşhədi üç gün ərzində qarət etdilər. Qızılbaşların arvad-uşaqları Mavərənnəhrə əsir aparıldı. Əbdülmömin xan Məşhədi qarət etdikdən sonra Sərəxs üzərinə yürüş etdi. Lakin şəhərin ciddi müqavimət göstərdiyini görərək Bəlxə doğru hərəkət etdi [13].
Heratda isə digər əfqan tayfası Abdalilər güclənməyə başladılar və tezliklə üsyan qaldırdılar. Bunların rəhbəri Abdulla xan və Əsədulla xan Heratdan Səfəvi qoşunlarını çıxarır. Səfəvi şahı Şah Sultan Hüseyn üsyan etrmiş Abdalilərə qarşı 1719-cu ildə qoşun göndərdi, lakin bu qoşunlar məğlubiyyətə düçar oldu. Daha sonra bu iki əfqan tayfası yəni, Gilzay və Abdali tayfaları birləşdilər və 1720-ci ildə Səfəvi dövləti ərazilərinə yürüş etdilər. Lakin bu yürüş bacarıqlı Lütfəli xan tərəfindən dəf edidi. Lakin bu əfqanların yenidən yürüş etməyəcəklərindən sığorta etmək demək deyildi. Belə də oldu, Gilzayların birləşmiş qüvvələri Mahmudun rəhbərliyi ilə 1721-ci ildə Kirmana soxuldu.
1722-ci ildə Herat bəylərbəyliyi ləğv edildi.
Herat bəylərbəyliyində XVII -ci əsrdə İbn Valiyə görə 10 bölük vardı. Bölüklər suvarma kanalları boyu yerləşən kənd qruplarına deyilirdi. İbn Vali aşağıdakı bölükləri sadalayır(mötərizələrdə bölükdəki kəndlərin sayı göstərilir):
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.