From Wikipedia, the free encyclopedia
Henschel (Die Henschel-Werke 1957-ci ilə qədər Henschel und Son), Kasseldə yaradılmış olan Almaniya şirkəti olub XX əsrdə qatar, avtobus, trolleybus və kamaz kimi avtomaşınlar istehsal edən şirkət olmuşdur.[1] Ayrıca olaraq İkinci Dünya müharibəsində hərbi təyinatlı texnikalar və silahlar istehsal etmişdir.[2]
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Henschel & Son | |
---|---|
Ümumi məlumatlar | |
Sənaye | maşınqayırma |
Məhsulu | Yük maşını |
Təsis tarixi | 1810 |
Bağlanma tarixi | 1957 |
Baş qərargahın yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Georg Christian Carl Henschel 1810-cu ildə zavodu Kassel şəhərində yaratmışdır. Oğlu Carl Anton Henschel 1837-ci ildə başqa bir zavod yaratmışdır. 1848-ci ildə şirkət lokomotiv istehsalına başlamışdır. XX əsrdə şirkət Almaniya imperiyasının ən böyük lokomotiv istehsalçısına çevrilmişdir.
Şirkət 1935-ci ildə Panzer I tankını istehsal etməyə başlamışdır. İkinci dünya müharibəsinin 1939–1940-cı illər mərhələsində şirkət çox sayda Panzer III tankı istehsal etmişdir. 1942–1945-ci illər arasında şirkət Tiger I tanklarını istehsal etmişdir. Henschel Tiger tanklarının əsas istehsalçısı olmuşdur. 1945-ci ildə şirkətin səkkiz min işçisi var idi və onlar 12 saatlıq iş rejimində çalışırdılar. Şirkət istehsal etmiş olduğu hərbi təyinatlı texnikalarına görə müttəfiq qüvvələrinin daima hücum hədəflərindən biri idi. Müharibə dövründə şirkətin demək olar ki, bütün zavodları bombardmanlara məruz qalmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.