From Wikipedia, the free encyclopedia
Henri Morgentau (ing. Henry Morgenthau, 26 aprel 1856[1], Manhaym, Baden knyazlığı[d][2][3] – 25 noyabr 1946[1], Manhetten, Nyu-York ştatı[3]) – ABŞ diplomatı. Birinci dünya müharibəsi (1914–18) dövründə Osmanlı dövlətində Amerika səfiri.
Henri Morgentau | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 aprel 1856[1] |
Doğum yeri | |
Vəfat tarixi | 25 noyabr 1946[1] (90 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | insult |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | sahibkar, diplomat, vəkil |
Uşaqları | |
Dini | İudaizm |
Vikianbarda əlaqəli mediafayllar |
Paris Sülh Konfransında (1919–20) ABŞ nümayəndə heyətinin üzvü olmuşdur. Kofransın gedişində, Azərbaycan istiqlalının birinci ildönümü günündə (1919 il mayın 28-i) Əlimərdan bəy Topçubaşovla görüşmüşdür. Görüşdə həmin günün ikinci yarısında ABŞ prezidenti Tomas Vudro Vilsonla keçiriləcək danışıqlarda müzakirə ediləcək məsələlər müəyyənləşdirilmişdir. Morgentau Azərbaycanın zəngin təbii ehtiyatlarını və sənaye potensialını nəzərə alaraq, ölkənin iqtisadiyyatına Amerika kapitalının cəlb edilməsini və Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə maliyyə yardımı göstərilməsini mümkün hesab etmişdir. 1919 ildə Yaxın şərqdə Amerika yardımı komitəsinin sədr müavini olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.