Remove ads
From Wikipedia, the free encyclopedia
Halifaks (ing. Halifax) — Kanadanın Yeni Şotlandiya əyalətinin paytaxtı. 1996-cı ildə ətrafındakı kiçik şəhərlərlə birləşərək Halifaks regional bələdiyyəsini (ing. Halifax Regional Münicipalıty və ya qısaca HRM) əmələ gətirmiş və bu tarixdən etibarən şəhər bu statusla tanınmışdır. 2014-cü ildəki siyahıalmaya görə şəhər əhalisi 414.400 nəfərdir və Kanadanın Atlantik əyalətlərinin ən böyük şəhəridir.
Regional Bələdiyyə | |
Halifaks | |
---|---|
ing. Halifax | |
44°38′52″ şm. e. 63°34′17″ q. u.HGYO | |
Ölkə | Kanada |
Rayon | Yeni Şotlandiya |
Mer | Mayk Saveyc |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub |
1749 (kiçik şəhər) 1842 (şəhər) 1 aprel 1996 (regional bələdiyyə) |
Sahəsi | 5.490,18 km² |
Mərkəzin hündürlüyü | 145 m |
Saat qurşağı | UTC−4 |
Əhalisi | |
Əhalisi | 414.400 nəfər (2014) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +1 902 |
Nəqliyyat kodu | 902 |
Digər | |
halifax.ca/home/ (ing.) | |
Vikianbarda əlaqəli mediafayllar |
Şəhərin şüari "Dənizdən sərvət" (lat. "E Mari Merces") şəklindədir.
Avropalılar bu ərazidə ilk dəfə Halifaks yarımadasında məskunlaşmışdırlar. Şəhər kimi 1749-cu ildə tanınmışdır. Şəhər adını buradakı koloniyaya başçılıq etməyə təyin olunan Qraf Halifaksdan almışdır.
Şəhərin qurulması Ata Le Lutr müharibəsinin ilk illəri ilə üst-üstə düşür.
Şəhərin iqliminə ən çox Atlantik okeanı təsir göstərir. İqlim Orta Kanadadakı iqlimə nisbətən daha yumşaqdır. Şəhərin mərkəzi hissələrində temperatur -15 °C ilə 35 °C arasında dəyişir. Sahil zonasında qış daha yumşaq, yay daha sərin keçir.
Halifaks şərqi Kanadanın ən əhəmiyyətli iqtisadi mərkəzlərindən biridir. Halifaksda bir çox şirkətin binası yerləşir. Yeni Şotlandiya əyalətinin paytaxtı olduğundan şəhərdə hökumət qurumlarının binası vardır.
Şəhər iqtisadiyyatının əsasını mədəncilik, əkinçilik, odunculuq, balıqçılıq, təbii qaz çıxartmaq təşkil edir.
Şəhərdə Dalhouzi Universiteti, Sent Meri Universiteti, Mount Sent Vinsent Universiteti, Kinqs Kolleci Universiteti, Atlantika Teologiya Məktəbi, NSCAD Universiteti və Sent-Anna Universiteti yerləşir. Şəhər şərqi Kanadanın universitet mərkəzlərindən biridir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.