Hadi Musa oğlu Rəcəbli (Rəcəbov) (25 oktyabr 1947, Viravul, Lənkəran rayonu17 aprel 2024, Bakı) — Azərbaycan Respublikasının Milli Məclisinin I–V çağırış deputatı (1995–2020), Əmək və Sosial Siyasət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor.

Cəld faktlar Əvvəlki, Sonrakı ...
Hadi Rəcəbli
24 noyabr 1995 10 mart 2020
7 dekabr 1983 26 noyabr 1988
ƏvvəlkiNurəddin Mustafayev
SonrakıAzər Mustafazadə
bayraq
Lənkəran Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
bayraq2
1980 1981
ƏvvəlkiƏliddin Qurbanov
SonrakıMirsəmid Abbasov
Şəxsi məlumatlar
Doğum adı Rəcəbli Hadi Musa oğlu
Doğum tarixi 25 oktyabr 1947(1947-10-25)
Doğum yeri
Vəfat tarixi 17 aprel 2024(2024-04-17) (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti alim, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]

Təltifləri "Şöhrət" ordeni  — 2007 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni  — 2017 "Şərəf nişanı" ordeni  — 1986 "Əmək igidliyinə görə" medalı  — 1976
Bağla

Həyatı

Hadi Musa oğlu Rəcəbli 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olmuşdur. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən "Bakinski raboçi" qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olmuşdur. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989–1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır.

Ehtiyatda olan mayor olmuşdur. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Azərbaycanda ilk siyasi elmlər namizədidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olmuşdur. On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

17 aprel 2024-cü ildə vəfat edib.[1] İkinci Fəxri Xiyabanda dəfn olunub.[2]

Təltifləri

  • "Əmək igidliyinə görə" medalı (1976),
  • "Əmək rəşadətinə görə" medalı (1977),
  • "Şərəf" nişanı (1986),
  • "Şöhrət" ordeni (2007),
  • İkinci dərəcəli "Vətənə xidmətə görə" ordeni (2017) ilə təltif edilmişdir.

Ailəsi

Evlidir, 4 övladı, 10 nəvəsi var. Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva ilə qudadır.[3] Deputat Fariz İsmayılzadənin dayısıdır.[4]

Mənbə

Media forum. Hadı Rəcəbli "Şöhrət" ordeni ilə təltif olunub. [ölü keçid]

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.