Azərbaycan tarzəni From Wikipedia, the free encyclopedia
Hacı Məmməd oğlu Məmmədov (28 aprel 1920, Şamaxı – 2 avqust 1981, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan SSR xalq artisti (1963), Azərbaycan Tibb İnstitutunun müəllimi.
Hacı Məmmədov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şamaxı, Şamaxı qəzası, Azərbaycan SSR |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | tarzən, həkim-cərrah |
Fəaliyyət illəri | 1930–1981 |
Janrlar | klassik musiqi, muğam, xalq musiqisi |
Musiqi aləti | tar |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Hacı Məmmədov 1920-ci il aprelin 28-də Şamaxı şəhərində anadan olmuşdur. 1943–1948-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil almışdır. 1949-cu ildən 1970-ci ilə qədər həkim-cərrah kimi fəaliyyət göstərmişdir. 1930–1948-ci illərdə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrində işləmiş, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur.[1]
Hacı Məmmədov rus və Qərbi Avropa müəlliflərinin klassik əsərlərinin tarda ilk ifaçısı olub. Bülbül, Seyid Şuşinski, Zülfü Adıgözəlov kimi müğənniləri müşayiət etmiş, Belçika, Polşa, Macarıstan, İran, Suriya, Əlcəzair və digər ölkələrdə qastrol səfərlərində olmuşdur.[2]
Hacı Məmmədov 1981-ci il avqustun 2-də Bakıda vəfat etmişdir.[3]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.