From Wikipedia, the free encyclopedia
Həndəsi silsilə (bəzən həndəsi ardıcıllıq) — ilk həddi sıfırdan fərqli olmaqla ikincidən başlayaraq hər bir həddi özündən əvvəlki ilə silsilə vuruğu adlanan sıfırdan fərqli sabit ədədin hasilinə bərabər olan ədədi ardıcıllıq.[1] Məsələn, 2, 6, 18, 54, … ardıcıllığı silsilə vuruğu 3 olan həndəsi silsilədir. Eynilə 10, 5, 2.5, 1.25, … silsilə vuruğu 1/2 olan həndəsi silsilədir. Həndəsi silsiləyə misal olaraq 2k və 3k kimi sıfırdan fərqli r sabitinin rk qüvvətlərini göstərmək olar. Həndəsi silsilənin ümumi forması belədir
burada r ≠ 0 silsilə vuruğu, a ≠ 0 isə ardıcıllığın başlanğıc qiymətinə bərabər olan əmsaldır.
Silsilə və sıra arasındakı arasındakı fərq ondan ibarətdir ki, silsilə ardıcıllıq, sıra isə cəmdir.
İlk həddi a = a1, silsilə vuruğu r olan həndəsi silsilənin n-ci həddi aşağıdakı kimi verilir:
Belə həndəsi silsilə rekurrent münasibətə uyğundur:
hər bir tam ədədi üçün
Ümumiyyətlə, verilmiş ardıcıllığın həndəsi olub-olmadığını yoxlamaq üçün sadəcə ardıcıllığın bütün hədlərinin eyni silsilə vuruğuna malik olub-olmadığını yoxlamaq kifayətdir.
Silsilə vuruğu mənfi olarsa, işarəsi müsbət və mənfinin arasında dəyişən ədədi ardıcıllıq alınar. Misal üçün
1, −3, 9, −27, 81, −243, …
silsilə vuruğu −3 olan həndəsi silsilədir.
Həndəsi silsilənin davranışı silsilə vuruğunun qiymətindən asılıdır.
Silsilə vuruğu:
Həndəsi silsilələr (silsilə vuruğu −1, 1 və ya 0-dan fərqli olan) 4, 15, 26, 37, 48, … (silsilə fərqi 11-dir) kimi ədədi silsilənin xətti artımından (və ya azalmasından) fərqli olaraq eksponensial artım və ya eksponensial dağılma nümayiş etdirir. Bu nəticə T.R. Maltus tərəfindən Populyasiya prinsipinin riyazi təməli kimi qəbul edilib.[2] Qeyd etmək lazımdır ki, iki növ silsilə bir-birilə bağlıdır: ədədi silsilənin hər bir həddini qüvvətə yüksəltmək həndəsi silsiləni, müsbət silsilə vuruğuna malik həndəsi silsilənin hər bir həddini loqarifmləmək ədədi silsiləni verir.
Həndəsi silsilənin tərifinin maraqlı nəticəsi ondan ibarətdir ki, hər hansı üç ardıcıl a, b və c hədləri aşağıdakı tənliyi ödəyəcəkdir:
burada b, a və c ədədlərinin həndəsi ortasıdır.
Mesopotamiyanın erkən xanədanlıq dövrünə aid gil lövhədə əsası 3, vuruğu 1/2 olan həndəsi silsilədən bəhs edilir. Bunun Şuruppak şəhərindən olan şumerlərə aid olduğu irəli sürülür. Bu, Babil riyaziyyatı dövründən əvvələ aid həndəsi silsilə ilə haqqındakı yeganə məlum qeyddir.[3]
Evklidin Başlanğıclarının VIII və IX kitablarında həndəsi silsilələr (məsələn, ikinin qüvvətləri) təhlil edilir və onların bir neçə xassəsi verilir.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.