From Wikipedia, the free encyclopedia
Həbibə Rəşad qızı Allahverdiyeva (9 iyun 1981, Külüs, Şahbuz rayonu) — Azərbaycan rəssamı, millət vəkili
Həbibə Allahverdiyeva | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 iyun 1981 (43 yaş) |
Doğum yeri | |
Təhsili | Naxçıvan Dövlət Universiteti |
Fəaliyyəti | rəssam |
|
|
Təltifləri |
Allahverdiyeva Həbibə Rəşad qızı 1981-ci il 9 iyunda Naxçıvan MR Şahbuz rayonun Külüs kəndində anadan olub.[1] 1998–2002-ci illərdə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin Təsviri incəsənət ixtisasında, 2002–2004-cü illərdə magistr pilləsində təhsil almışdır.[1] 2001–2005-ci illərdə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında kukla rəssamı vəzifəsində çalışmışdır. 2005-ci ildə Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının müəllimi olmuşdur.[1] 2012-ci ildən baş müəlim vəzifəsində çalışır.[1] 2019-cu ildə Təsviri incəsənət kafedrasının müdiri vəzifəsində çalışır.
2010-cu ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olub.[1]
2012-ci ildə Vaqif Məmmədovun "Dənizə qar yağırdı" adlı şeirlər kitabına bədii tərtibat vermişdir.[2]
2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademyasının dissertantıdır.[1]
25 elmi məqalənin müəllifidir.
2014-cü ildə Naxçıvan Muxtar Respublikası Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür.[1]
2015-ci il V çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.[3]
2018-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşunaslıq üzrə fəlsəfə doktorluğu üzrə dissertasiyasının müdafiə etmişdir.
2019-cu ildə Təsviri incəsənət ixtisasında, Sənətşünaslıq üzrə fəlsəfə doktoru adını almışdır.[4]
2020-ci il VI çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisin Deputatıdır.[5]
2002-ci ildə may ayında Naxçıvan Dövlət Universitetində sərgi salonunda.[1]
2008-ci il 6 mart Naxçıvan Dövlət Universitetində sərgi salonunda Beynəlxalq Qadınlar gününə həsr olunmuş fərdi sərgi.[1]
2011-ci il 18 noyabrda Naxçıvan MR B. Kəngərli adına sərgi salonu "Payız düşüncələri" adlı fərdi sərgi.[1]
2017-ci il 8 may Naxçıvan Rəssamlar Birliyinin B. Kəngərli adına sərgi salonunda Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Rənglərdə zamanın təcəssümü" adlı fərdi sərgi.[6]
2017-ci il 20 iyun Bakıda Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda keçirilən "Nuh yurdunun rəngləri" adlı fərdi sərgi.[7]
2002-ci ildən indiyədək Muxtar Respublikada keçirilən qarışıq sərgilərdə iştirak edir.[1]
2000-ci il oktyabrında ABŞ, Ford Xatirə Kitabxanası.[1]
2000-ci il oktyabrında ABŞ, Calumet.[1]
2001-ci ildə ABŞ, Avrasiya Konfransı.[1]
2001-ci il apreldə ABŞ, Şimal-Qərqi İndiana Dünya Ticarət Birliyi, "Perdue" Universiteti.[1]
2001-ci il mayda ABŞ Təşəbbüskarlar Ticarət sərgisi.[1]
2009-cu il Türkmənistan Respublikası.[1]
2011-ci ildə Bakıda V. Səmədova adına sərgi salonunda keçirilən Naxçıvan rəssamlarının sərgisi.[1]
2012-ci il iyunda Türkiyə Respublikası Qars-Qafqaz Universiteti.[1] Naxçıvan MR-da 2012, 2014, 2016, 2018-ci illərdə keçirilən "Naxçıvan-Bəşəriyyətin beşiyi" adlı Beynəlxalq rəsm festivalı.[1]
2018-ci il Türkiyənin Muğla — Fetihe şəhərində keçirilən "Dənizlərimiz, rənglərimiz" adlı sualtı rəsm festivalında sualtında rəsm çəkən ilk azərbaycanlı qadın rəssam olmuşdur.[8]
2019-cu il. Türkiyə. Muğla -Fetihede "Dənizlərimiz-Rənglərimiz" adlı II sualtı rəsm festivalında iştirak etmişdir.
2019-cu ildə Türkiyə Ərzurum şəhərində keçirilən qarışıq sərgidə iştirak etmişdir.
2019-cu ildə Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi münasibətilə Türkiyənin Trabzon şəhərində keçerilən sərginin iştirakçısı olmuşdur.
Yaradıcılığında qrafika və rəngkarlığın mənzərə, portret, tematik şəkil, natürmort janrı yer almışdır.[1]
2000-ci ildə Elbəyi Maqsudovun "Ürək bir dünyadır" ,2017-ci ildə "Poetik-praktik Azərbaycan dili" adlı şeirlər kitabına bədii tərtibat vermişdir.[9]
2002-ci ildə M. T. Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında Bayram İsgəndərlinin "Xeyirxah kirpi" tamaşasının rəssamı olmuşdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.