From Wikipedia, the free encyclopedia
Hüzeyfə ibn əl-Yəman (ərəb. حذيفة بن اليمان) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri.
Hüzeyfə ibn əl-Yəman Mədinədə anadan olmuşdur. O, əslən Məkkəli, atası isə Məkkənin Bəni Abs qəbiləsindən idi. Ata bir nəfəri öldürdüyü üçün Məkkədən Mədinəyə qaçmalı olur. Məhəmmədin peyğəmbərliyi başlayandan bir müddət sonra İslamı qəbul etmək üçün Məkkəyə gəlir.
Hüzeyfə Mədinədə böyümüş və Məhəmməd peyğəmbəri görmək üçün xüsusi olaraq Məkkəyə getmişdi, üstəlik onunla görüşmüşdü. Müsəlmanlar Mədinəyə köçdükdən sonra Hüzeyfə Peyğəmbərdən ayrılmır və daim onunla birlikdə olmağa çalışır. Hüzeyfə müsəlman dövlətinin möhkəmləndirilməsində fəal iştirak etmiş, Bədr döyüşündən başqa bütün döyüşlərdə iştirak etmişdir. Uhud döyüşündə Hüzeyfənin atası təsadüfən onu düşmən zənn edən müsəlmanların qılıncları ilə öldürüldü. Məhəmməd peyğəmbər Hüzeyfənin atasının vəfatından xəbər tutaraq ona fidyə verməyi əmr etmək istədi, lakin Hüzeyfə ondan imtina etdi.
Xəlifə Əbu Bəkr əs-Siddiqin dövründə Hüzeyfə mürtədlərlə döyüşlərdə iştirak edir. O, Omana göndərilən dəstəyə komandanlıq etmişdir. Xəlifə Ömərin hakimiyyəti dövründə İraq, Həmədan və Reydə fars qüvvələrinə qarşı vuruşur. Xəlifə Osmanın dövründə Ermənistan və Azərbaycanın fəthində iştirak etmişdir.
Ermənistan və Azərbaycanın fəthində iştirak edən Hüzeyfə ibn əl-Yəman Quranın oxunması ilə bağlı münaqişənin şahidi olur. Qureyş ləhcəsində Quran nüsxələrini çoxaltmaq və xilafətin hər yerinə göndərmək üçün xəlifə Osmana müraciət edir. Hüzeyfə hədis məcmuəsində qeyd olunan yüzdən çox hədis nəql etmişdir.
Hüzeyfə həm də Peyğəmbərə və səhabələrə yaxın olan bəzi şəxslərin daxil olduğu “münafiqlər siyahısı” adlanan siyahısının qoruyucusu idi[1].
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.