Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv .

Cəld faktlar Elmi təsnifat, Beynəlxalq elmi adı ...
Qərb çay qorillası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qərb çay qorillası
Beynəlxalq elmi adı
Bağla

Yayılması

Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər.

Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir.

Qorunma statusu

Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər. İki yarımnövün arealını 250 kilometrlik məsafə ayırır. Bu yarımnövün qorunması üçün çalışmalar 2007-ci ildən başladılmışdır[2]. Kamerun hökuməti bu məqsədlə Nigeriya ilə sərhəddə milli park təşkil etmişdir. Parkda 115 çay qorillası yaşayır[3].

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.