Gəmiqaya dağı

From Wikipedia, the free encyclopedia

Gəmiqaya  dağıOrdubad rayonu ərazisində dağ (hünd. 3725,9 m).  Zəngəzur silsiləsinin suayırıcısında, Nəsirvaz kəndindən 7 km cənub-şərqdə yerləşən zirvə. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş sıldırım yamaclı, meridional istiqamətdə uzanan piramıdaya oxşar qayalıqdır. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında yerləşir. Cənub-şərq yamacından şimal-şərq istiqamətli fay qırılmaları keçir. E.ə. III-I minilliklərə aid qayaüstü rəsmlər – piktoqramlar və Bibqətəl piri buradadır. [1]

Cəld faktlar Ümumi məlumatlar, Dağ sistemi ...
Gəmiqaya  dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 3725,9 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət
Bağla

Qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılan Gəmiqaya dağı Ordubaddadır. Dağın üzərindəki təsvirlər və buradakı yurd yerləri Ordubad ərazisində m.ö. VII-I minilliklərdə yaşamış qədim əhalinin həyat tərzini və mədəni inkişaf yollarını izləməyə imkan verir[2]

Həmçinin bax

İstinadlar

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.