Gürcüstan tarixi memorialı (gürc. საქართველოს მემატიანე) – Tbilisi şəhərində, hündür təpə üzərində yerləşən və Zurab Seretelinin layihəsi əsasında hazırlanmış abidə kompleksi.
Gürcüstan tarixi memorialı | |
---|---|
gürc. საქართველოს მემატიანე | |
Ölkə | Gürcüstan |
Yerləşir | Tbilisi |
Heykəltaraş | Zurab Sereteli |
Material | bürünc |
Tarixi
Zurab Seretelinin layihəsi əsasında işlənmiş abidə kompleksinin yerində ilkin olaraq İosif Stalinin 100 metrlik nəhəng heykəlinin ucaldılması planlaşdırılırdı. Lakin, ideya Stalin tərəfindən bəyənilmir. O, həmin ərazidə hansısa böyük layihənin gerçəkləşdirilməli olduğunu desə də, belə layihəni gerçəkləşdirəcək sənətkar olmadığını bildirir. Gürcüstan tarixinə həsr edilmiş dəbdəbəli abidənin yaradılmasından əvvəl 1980-ci illərin ortalarına kimi ərazi boş qalmışdır.[1]
Memorialın inşasına iyirmi il (1985-2003) vaxt sərf edilsə də, o, hələ də tamamlanmamış olaraq qalmaqdadır. Patriarx bəzi lövhələrdə qeyri-dəqiqliklər müşahidə etmiş və bundan sonra, həmin lövhələr yenidən işlənməsi üçün sökülərək emalatxanaya göndərilmişdir.[1]
Təsviri
Gürcüstan tarixi memorialı şəhər mərkəzindən 13 km aralıda[2], Tbilisi dənizi adlandırılan su anbarının sahilindəki hündür təpə üzərində yerləşir. Abidə dəniz səviyyəsindən 120 metr yüksəklikdə yerləşir.[2]
Kompleks, hər biri 353 metr hündürlüyə malik olan 16 bədii tərtib olunmuş sütundan ibarətdir.[2] Bürünc və misdən hazırlanmış sütunlar tematik barelyef və qorelyeflərlə bəzədilmişdir.[1]
Hər sütun üç hissəyə bölünmüş, aşağıda Bibliya çarları, ortada Gürcüstanın tanınmış ictimai-siyasi xadimləri, yuxarıda isə məişət səhnələri təsvir olunmuşdur. Sütunlar elə düzlmüşdür ki kompleksə yuxarıdan baxdıqda xaç forması alınır.[1]
Kompleksə geniş və uzun pilləkən aparır. Pilləkənin başlanğıcında yerləşdirilmiş iki sütun Gürcüstanın qədim və müasir tarixini simvolizə edir. Pilləkənin sağ tərəfində yerləşən meydançada yerləşən on üç heykəl, ölkədə xristianlığın yayılmasında mühüm rol oynamış siryani müdriklərini təsvir edir. Heykəllərin yanında yerləşən iki lövhdə Gürcüstan tarixinin ən mühüm hadisələri sıralanmış və Müqəddəs Nino xaçı təsvir edilmişdir.[1]
Bundan əlavə kompeksə bədii tərtib edilmiş qapılara malik bazilika formalı kiçik kilsə və baxış meydançası daxildir.[1]
İstinadlar
Xarici keçidlər
Wikiwand in your browser!
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.