From Wikipedia, the free encyclopedia
Frayberq — Almaniyanın Saksoniya əyalətində yerləşən şəhər. Saksoniyanın mərkəzi hissəsində yerləşən dairə mərkəzi olub, qədim dağ-mədən tarixinə malikdir. Frayberq dünyada həm də universitet şəhəri kimi də tanınır. Şəhərin mərkəzində yerləşən qədim hissə tarixi abidə kimi qorunur.
| ||||
Dövlət | Almaniya | |||
Əyalət | Saksoniya | |||
Dairə | Frayberq | |||
Burqermayster | Dr. Ute Rensch | |||
Ərazi — Ümumi | 48,05 km² | |||
Əhali — Ümumi — Əhali sıxlığı | 42.524 885/km² | |||
Poçt indeksi | 09599 | |||
Telefon kodu | daxili: 03731, xarici: +493731 | |||
Avtomobil nişanı | FG | |||
İcra aparatının ünvanı | Obermarkt 24, 09599 Freiberg | |||
Dəniz səviyyəsindən hündürlüyü | 400 m | |||
Internet səhifəsi | www.freiberg.de | |||
Frayberq Almaniya xəritəsində |
Tarixi mənbələrə görə şəhərin yaradılması 1186-cı ilə təsadüf edir. Əslində isə burada insanlar daha əvvəl 1170-ci ildə məskunlaşmağa başlamışlar. 1170/80-ci illərdə Maysen şəhərinin qrafı Otto der Rayhenin icazəsi ilə qəsr şəklində şəhər salınır. Jakobi kilsəsi ilə birlikdə Frayberqlə beləliklə Saksoniyanın üçüncü mədən şəhəri salınmış olur. 1180–1185-ci illərdə Marien, sonra Dom (1480) kilsələri tikilir. Frayberq dağ-mədəninin inkişafına görə çox hadisələrlə dolu bir tarixə malikdir. Orta əsrlərdə Frayberq Saksoniyanın əsas şəhərlərindən sayılırdı. O, iqtisadi durumuna görə və əhali sayına görə Maysen qraflığının özəyi idi. Burada həmçinin uzun müddət pul sikkələri düzəldilmişdir. Arxeoloji qazıntılar şəhərin salınmasının hələ 1180-ci illərdə başlanılmasını göstərsə də, Frayberq adı yalnız 1201-ci ildən hallanmağa başlayır. 1227-ci ildə Roma şəhər möhürü ilk dəfə olaraq Maysen qraflığında məhz Frayberqdə tətbiq olunur.
1632-ci ildə otuzillik müharibə zamanı Frayberq isveçlər tərəfindən tutulur. Bu dövrdə Saksoniya İmperatorla müqavilə bağladıqdan sonra şəhər 1639–1643-cü illərdə döyüşlərdən kənarda qalmaq imkanı qazanır. Həmin dövrdə Freudştayn qəsri renessans üslubunda yenidən qurulur. Dağ-mədən işləri müharibə dövründə böyük zərər çəkir. O, yalnız 1700-cü ildən sonra yenidən inkişaf etməyə başlayır. Orqan ustası Qotfried Silberman və tikiniti ustası Zohan Ohndorf Frayberqdə çalışırdılar.
1756–1776-cı illərdə 7 illik müharibədə Frayberq ətrafındakı müharibədə Haynrih von Preuzen Avstraliyalılara qalib gəlir. 1765-ci ildə Frayberqdə dünyada dağ-mədən ali məktəbi ikinci yaradılır. 1790-cı ildə şəhər teatrı tikilib istifadəyə verilir.
1862-ci ildə Frayberqdən Drezden arasında dəmir yolu çəkilir. Sonralar bu yollar Kemnitç, Nossen, Muldaya da uzadılır. Alman dəmir yoluna qoşulma ərazinin sənaye cəhətdən inkişafına təkan verir.
İkinci dünya müharibəsi ərəfəsində Frayberqdə Flossenburg KL-in (Konsentrasionlager) xarici şöbəsi yerləşdirilmişdir. 7 may 1945-ci ildə müharibənin sonunda şəhər əksərən dağıdılmamış halda qırmızı orduya təslim olur.
1990-cı ildə Almaniya birləşdikdən sonra Frayberq və onun ətrafında sənayenin inkişafı baş verir. Belə ki, burada yeni müəssisələr salınır, şəhər təmir olunaraq müasir görkəm alır.
Frayberq Texniki Universiteti dünyanın ən qədim dağ mədən universitetlərindən sayılır. O 1765-ci ildə Şahzadə Ksaver tərəfindən mədən işçilərini hazırlamaq üçün açılır ki, Saksoniya 7 illik müharibədə udüzandan sonra borclarını ödəyə bilsin.
Orta təhsl sistemində Frayberq şəhərində iki gimnaziya fəaliyyət göstərir. Bunlardan biri "Qeşvister Şoll" 1515-ci ildə yaradılmışdır. O Saksoniyanda yaradılmış ilk humanitar məktəb sayılır. Bu məktəb çox zəngin kitabxanaya, xora, musiqi qrupuna və çoxlu sayda idman dərnəklərinə malikdir. Gimnaziyanın binaları son illər təmir edilərək müasir görkəm almışdır.
Ulrich-Rülein-Gymnasiaysı 1992-ci ildə yaradılmışdır. Əsasən texniki profilli tədrislə məşğuldur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.