From Wikipedia, the free encyclopedia
Fravartiş - Midiyada I Dara hakimiyyəti əleyhinə başlamış üsyanın rəhbəri.
Bu məqalə qaralama halındadır. |
I Dara hakimiyyəti Midiya maqı Qaumatanın əlindən aldıqdan sonra (e.ə. 522-ci ilin sentyabrı) Əhəmənilər dövlətinin bir çox vilayətlərində Daraya qarşı üsyanlar başlandı. Midiyada üsyançılara özünü Midiya hökmdarı Kiaksarın nəslindən olan Xşasrita (Kaştariti, Fraort) adlandıran Fravartiş adlı şəxs başçılıq etmişdi.
Üsyana başlamış Midiyalılar formal olaraq Əhəmənilər dövlətinin tərkibində sayılan Midiyanın özündən başqa, bu dövrdə onun əraziləri hesab olunan Assuriya, Ermənistan, Parfiya və Hirkaniya üzərində də nəzarət yarada bildilər. Fravartişin başçılığı ilə olan üsyan kütləvi xalq hərəkatı idi. Bisütun 130 kitabəsində bildirilir ki, bütün Midiya xalqı üsyan etdi. Dara Midiyalıların üsyanını yatırmaq üçün sərkərdəsi Vidarnunu onlara qarşı göndərdi. Midiyadakı Maruş şəhər yaxınlığında, görünür, nəticəsiz bitən savaş oldu. Belə ki, Vi Daraanın başçılıq etdiyi farslar bir neçə ay növbəti əməliyyatlardan çəkinərək Daranın əsas qüvvələrlə gəlməsini gözləyirdilər. Dara Midiyalıların Fravartişin rəhbərlik elədiyi təhlükəli üsyanının yatırılmasına özü rəhbərlik etmişdi. E.ə. 521-ci il mayın 7-də Midiyada Kunduruş adlandırılan yerdəki həlledici döyüşdə üsyançılar məğlubiyyətə uğradıldı. Bu savaşda 34.425 üsyançı həlak oldu və 18.000 üsyançı əsir götürüldü. Fravartişin özü Midiyanın şərqindəki Raqa vilayətinə qaça bildi. Amma həmin ilin iyununda tutulub Daranın yanına gətirildi. O isə onunla çox qəddar davranaraq burnunu, qulaqlarını, dilini kəsib, gözünün də birini çıxardı. Bundan sonra qandallanmış Fravartişi Ekbatanaya gətirib payaya keçirdilər. Fravartisin yaxın davamçıları da oraya gətirilmiş, dəriləri soyulub içərisinə saman doldurularaq qala divarlarından asılmışdı. Üsyan başçılarına qəddarcasına divan tutulması və həlak olan Midiyalıların sayının həddən ziyadə çoxluğu sübut edir ki, Fravartisin üsyanı Əhəməni şahı I Dara üçün ən iri və təhlükəli üsyanlardan idi. Bir fakt da bu məsələni təsdiqləyir ki, Daranın hökmranlığının əvvəllərində bş vermiş çoxsaylı üsyanlardan Herodota yalnız Midiya və Babilistanda baş verən üsyanlar haqqında məlumat çatmışdır.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.