Fransa Prezidenti

From Wikipedia, the free encyclopedia

Fransa Prezidenti
Remove ads

Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti (fr. Président de la République Française) — fransızların seçdikləri dövlət başçısı.

Cəld faktlar Ölkə, Başçılıq edir ...

Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir.

1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr. septennat), sonra 5 il (fr. quinquennat) edilmişdir.

2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz."

Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur.

Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır. Ayrıca, rəsmi iqamətgah statusunda Rambuye qalası, Parisdəki "Otel Marinyi" və Var departamentindəki Fort Breqanson qalasıdır.

Fransa prezidentləri De-yure olaraq Andorra knyazları və "Fəxri Legion" ordeninin qrossmeysterləridir.

Remove ads

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads