Remove ads
From Wikipedia, the free encyclopedia
Folklorşünaslıq — folkloru (xalq yaradıcılığını) öyrənən elm.
Xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və tədqiqi ilə məşğul olur. Avropada xalq yaradıcılığına elmi maraq XVIII əsrdən başlamışdır, Azərbaycanda folklorşünaslıq XX əsrin I yarısında inkişaf etmişdir. Folklorşünaslıq bəzən etnoqrafiyanın, ədəbiyyatşünaslığın, musiqişünaslığın bir sahəsi hesab edilsə də, müasir dövrdə müstəqil elm sahəsi kimi formalaşmış, onun tədqiqat metodları işlənib hazırlanmışdır.
Folklorşünaslıqda xalq yaradıcılığının (şifahi ədəbiyyat, musiqi, rəqs folkloru və s.) spesifikası, ayrı-ayrı tarixi inkişaf mərhələləri, milli özünəməxsusluğu, folklorun peşəkar ədəbiyyat, musiqi, rəqs və s. incəsənət sahələri, başqa xalqların folkloru ilə qarşılıqlı əlaqələri və s. problemlər araşdırılır. Şifahi ənənəli musiqi yaradıcılığı nümunələri — xalq mahnıları, rəqsləri və s. toplanıb nəşr olunmuş və tədqiqata cəlb edilmişdir.
Ədəbiyyat haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.