From Wikipedia, the free encyclopedia
Floeotripidlər fəsiləsi-(lat. Floeothripidae) Buğumayaqlılar tipinin Saçaqlıqanadlar dəstəsinə aid olan fəsilə.
Bığcıqları 7, çənə və dodaq qısqacları isə 2 buğumludur. Orta ayaqlarının çanaqları qabaq ayaqlarının çanaqlarına nisbətən daha çox aralanmışdır.
Fitofaqdırlar – bəziləri mədəni bitkilərə güclü ziyan vurur. Məsələn, Haplothrips ritici Kund., H. aculeatus Fabr., H. reuteri Karny, H. flavicinctus Karny və b. Onların arasında buğda tripsi (H. tritici) və reuter tripsi (H. reuteri Karny) xüsusilə fərqlənir. Buğda tripsi (H. tritici Kund.) 1,3-1,5 mm uzunluğunda, qara və ya qara-qəhvəyi rəngdədir. Bığcıqları 8 buğumludur. Qarıncığının son buğumu borucuq şəklində dartılmışdır. Qanadları şəffafdır. Dişilərdən kiçik olan erkəklərə nadir hallarda rast gəlmək olur.[3] Yumurtaları ağ, çox xırdadır. Sürfələri qırmızı, qanadsızdır. Sürfələr buğdanın kökyanı hissəsində, torpağın üst qatında 10 sm, nadir hallarda 20 sm-dən dərinlikdə qışlayır. Yazda torpağın üst qatı 8°C-dək qızdıqda sürfələr səthə çıxaraq pronimfalara və nimfalara çevrilir. Payızlıq taxılın sünbülləşməsinin əvvəlində yaşlı tripslər üzə çıxaraq, öncə payızlıq dənli bitkilərdə məskunlaşır. Bu zaman buğdanın sünbülləşməsi prosesi başlayır. Əvvəlcə tripslər yarpaqlarda qidalanır, sonra sünbüllərə keçərək bitkinin şirəsini sormağa başlayır. Dişilər sünbül qabıqlarına, sünbülün oxuna qrup halında yumurta qoyur. Dişi tripsin məhsuldarlığı 23-28 yumurta təşkil edir. Embrional inkişaf 6-12 gün çəkir. Sürfələr 18-25 gün ərzində inkişaf edir. İldə bir nəsil inkişaf edir. O biri növ – H. reuteri, buğda ilə yanaşı pambığa, qarğıdalıya və b. mədəni bitkilərə ziyan vurur.
MDB-də 82 növü, Azərbaycanda 2 cinsi və 13 növü məlumdur (Haplothrips – 12 növ, Lothrips – 1 növ).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.